Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son dörd ildə Azərbaycanda tələbə adı qazananların sayı 11,6% artıb

2017-2018-ci tədris ilində tələbə qəbulu zamanı müsabiqə şərtlərini ödəyən abituriyentlərin (200 baldan artıq bal toplayanlar) sayında 11.3 faiz artım qeydə alınıb


Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev APA-ya açıqlamasında bildirib ki, son dörd ildə ali təhsil müəssisələri tərəfindən qəbul yerlərinin proqnoz rəqəminin təqribən 14.6 faizə qədər artmasına, ərizə verənlərin sayının isə 15 faizə qədər azalmasına baxmayaraq, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 35790 nəfər (50.6) faiz təşkil edib. Onun sözlərinə görə, bu da ötən illə müqayisədə 6.7 faiz, 2015-ci ildəki göstəricidən 10.6 faiz, 2014-cü ildəki göstəricidən 11.3 faiz artıqdır.
 
Y. Piriyev qeyd edib ki, 2017-2018-ci tədris ilində tələbə statusunu 37624 abituriyent qazanıb və 2014-2015-ci ilə nisbətən faktiki qəbul 11.6 faiz artıb: “Bununla yanaşı, keyfiyyət göstəricisində də artım müşahidə olunur. Son 4 ildə 300 baldan çox toplayanların 15.8 faizi, 400 baldan çox toplayanların sayı 18.8 faiz, 500 baldan çox toplayanların sayı 27.6 faiz, 600 baldan çox toplayanların sayı isə 43.3 faiz artıb. Bu isə ali təhsil müəssisələrinə qəbul olunanların orta bal göstəricisinin artmasına gətirib. Müsbət dinamika bütün ixtisas qrupları üzrə də müşahidə olunur. I qrup üzrə 200-dən artıq bal toplayanların sayı ötən illə müqayisədə 6.6 faiz, II qrup üzrə 4.6 faiz, III qrup üzrə isə 7.8 faiz, IV qrup üzrə 10.9 faiz təşkil edib. Bu il qəbul imtahanlarında 2464 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Bu tədris ilində 15 nəfər abituriyent 700 bal toplayıb”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar