Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son 15 ildə Azərbaycanda bağlanan ən irihəcmli əqdlər açıqlandı

"Deloitte" şirkəti son 15 il ərzində Azərbaycanda bağlanan ən irihəcmli əqdləri açıqlayıb


Şirkətdən  verilən məlumata görə, ilk yerdə "Devon Energy Corporation" ilə "BP Plc", "Chevron Corporation", "Itochu Corporation", "INPEX Sothern Caspian Sea Ltd." arasında "Azəri-Çıraq-Günəşli" layihəsində 5,63%-lik payın alınmasına dair bağlanan əqd dayanır. 2010-cu ilin avqustun 16-da əqdin məbləği 3,416 mlrd. dollar təşkil edir.
 
İkinci yerdəki əqdin məbləği 2,250 mlrd. dollardır. Belə ki, məhz bu məbləğə "Petronas Gas Berhad" şirkəti "Statoil ASA"-dan "Şahdəniz" və "Cənub Qafqaz Bor Kəməri" layihələrində (hər ikisindən) 15,5% səhm alıb. Əqd 2015-ci ilin aprelin 30-da bağlanıb.
 
2014-cü ilin dekabrın 31-də "Turkish Petroleum Corporation" "Şahdəniz" və "Cənub Qafqaz Bor Kəməri" layihələrindəki 10%-lik səhm paketinə yiyələnmək üçün "Total S.A."-ya 1,500 dollar ödəyib. Beləliklə, bu, son 15 il ərzində Azərbaycanda bağlanan üçüncü ən irihəcmli əqddir.

Dördüncü yerdə "BP Plc" və SOCAR ilə "Statoil ASA" arasında bağlanan əqd yer alıb. Belə ki, 2014-cü ilin mayın 6-da Norveç nəhəngi "Şahdəniz" və "Cənubi Qafqaz Boru Kəməri" layihələrindəki 10%-lik payı "BP Plc" və SOCAR-a 1,450 mlrd. dollara satıb.
 
İlki beşliyi "Lukoil" ASC ilə "INPEX Sothern Caspian Sea Ltd." arasında "Azəri-Çıraq-Günəşli" layihəsində 10%-lik payın alqı-satqısına dair bağlanan əqd qapayır. 2003-cü ilin aprelin 28-də Rusiya nəhəngi bu əqdə görə 1,354 mlrd. dollarından keçib.
 
2013-cü ilin martın 28-də "Azəri-Çıraq-Günəşli" layihəsinin 2,72%, Bakı-Tbilisi-Ceyhan layihəsinin isə 2,36%-lik səhm paketi "ONGC Videsh Ltd." şirkətinin nəzarətinə keçib. "ONGC Videsh Ltd." bu əqdə görə "Hess Corporation"a 1 mlrd. dollar ödəyib.

"Natoins Petroleum Company Ltd." ilə "Global Investment Energy" arasında bağlanan əqdin dəyəri 340 mln. dollar təşkil edir. Bununla sonuncu "Karasu Operating Company" şirkətində 85%, "Kura Valley Operating Company" şirkətində isə 80%-lik səhm paketi alıb. Əqd 2008-ci ilin fevralın 22-də bağlanıb.
 
2008-ci ilin fevralın 12-də Azərbaycan hökuməti 180 mln. dollar qarşılığında "Azertel Telekomunikasyon ve Yatırım Dış Ticaret" şirkətinə "Azercell Telekom B.M."-nin səhmlərinin 35,7%-ni satıb. Bu əqd reytinqin səkkizinci pilləsində qərarlaşıb.
 
"AzenOil Company BV" 2007-ci ilin iyunun 6-da "Russneft" şirkətinə "Binəqədi" layihəsinin 37,5%-ini 150 mln. dollara satıb.
 
Reytinqin sonuncu pilləsində "Baku-Castel" ASC-nin səhmlərinin 92,8%-nin satışına dair əqd yer alıb. Belə ki, 2008-ci ilin avqustun 25-də "Brasseries Internationales Holding (Eastern) Ltd." qeyd edilən səhm paketini "Baltika Breweries" ASC-yə 50 mln. dollar qarşılığında satıb.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar