Somalinin paytaxtı Moqadişoda silahlı şəxslər otelin qarşısında avtomobil partladıb, daha sonra isə binaya hücum ediblər
APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, “Əş-Şəbab” terror qruplaşmasının üzvləri olduğu ehtimal edilən silahlılar Moqadişoda “Nasa-Hablod” otelinə hücum ediblər.
Son məlumata görə, hazırda silahlılar və otelin mühafizəçiləri arasında şiddətli atışma davam edir.
Sosial şəbəkələrdə hücum edən şəxslərin “Əş-Şəbab” terrorçuları olduğu iddia edilir.
Ölənlər barədə hələlik məlumat verilmir.
pia.az