Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soçidə Suriya dialoqu - Danışıqlar prosesi də Rusiya ilə ABŞ arasında parçalandı?


Politoloq: “Suriya ilə bağlı hadisələr elə tez-tez dəyişir ki, nəyin dəyər olduğunu, nəyin dəyər olmadığını müəyyənləşdirmək çox çətindir”


“Soçidəki dialoqun təşkili üçün Rusiya çox ciddi itkilərə məruz qaldı. Bu itki əsasən kürd cəbhəsində yaşandı”.

Bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu dünən Soçidə keçirilən Suriya Milli Dialoq Konqresinin toplantısını PİA.AZ-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, dünən Soçidə Suriya Milli Dialoq Konqresinin toplantısı keçirilib. Soçi şəhərində Suriya Milli Dialoq Konqresi gərgin ab-havada başlayıb. Konqresdə 1500 nəfər Suriyalı müxalif iştirak edib. Bir qrup Suriya müxalifətçisi isə iclasın emblemasındakı Əsəd rejiminin bayrağının atributlarının olmasına etiraz edərək, konqresdə iştirakdan imtina edib. Onları Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi sakitləşdirib. Konqressin təşkilatçlığını Rusiya, Türkiyə və İran öz üzərinə götürüb. Konqresin təşkilat komitəsinin məlumatına görə, nümayəndələr Suriya, Cenevrə, Qahirə, Moskva və Ankaranın siyasi və sosial təbəqələrini, müxtəlif konfessiyalarını təmsil ediblər. Həmçinin konqresin işində BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura forumda iştirak edib. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun çıxışı zamanı da, zalda əyləşən iştirakçılar arasında sözlü mübahisə olub. 

ABŞ-ın və Səudiyyə Ərəbistanının dəstəklədiyi Suriya müxalifəti konqresi isə Soçi toplantısını boykot edib. Söhbət Suriya müxalifətinin əsas fiqurlarından və Əsəd rejiminə qarşı olan silahlı müxalifətin nümayəndələrindən getdiyinə görə Soçi Konqresinin nəticələrinin rallaşması o qədər də real görünmür. Buna baxmayaraq Konqres yeni konstitutsiyanın hazırlanması ilə bağlı razılığa gəlib. Lakin ABŞ-ın və Səudiyyə Ərəbistanının dəstəklədiyi Suriya müxalifəti bu gün bəyan edib ki, onlar Soçi Konqresində hazırlanan konstitutsiyanə qəbul etmirlər və konstitutsiya komissiyasının işində də iştirak etməyəcəklər. 

Qeyd edək ki, Soçi Konqresi Astana danışıqlarının davamı olaraq həyata keçirilib və Qərb dövlətləri bu formatda iştirak etmir. Daha əvvəl isə BMT-də və Vaşinqtonda məsləhətləşmələr aparan Suriya müxalifətinin əsas fiqurları Soçi Konqresində iştirak etməyəcəklərini vurğulamışdılar. Buna baxmayaraq, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Soçiyə gələrək forumda iştirak etdi.

Təminatçı ölkələr Rusiya, Türkiyə və İranın təşkilatçılığı ilə keçirilən bu tədbirin əhəmiyyəti barədə nə demək mümkündür və Konqresdə əsas Suriya müxalifətinin iştirak etməməsi əslində danışıqlar prosesinin parçalanması və vəziyyətin daha mürəkkəb hala gəlməsi kimi dəyərləndirilə bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğluna müraciət edib.



Mübariz Əhmədoğlu: “Soçi dialoqunun vəziyyəti dəyişəcəyini düşünmürəm”.


Türkiyənin İrana görə Soçidəki dialoqu pozmağa elə də ciddi səy göstərmədiyini qeyd edən politoloq Mübariz Əhmədoğlu əlavə edib ki, Soçidəki Suriya dialoqu Türkiyənin marağında deyildi. Çünki həmin dialoqda bu və ya digər formada kürdlər də iştirak etdi:

Suriya ilə bağlı hadisələr elə tez-tez dəyişir ki, nəyin dəyər olduğunu, nəyin dəyər olmadığını müəyyənləşdirmək çox çətindir. Məsələn Soçi dialoqundan əvvəl Astana formatı vardı, Astana formatından bir az əvvəl də Cenevrə formatı ortalığa qoyulmuşdu. İndi ABŞ Cenevrə formatın müdafiə edir. Bütün Qərb dünyası da ABŞ-ın müdafiə etdiyi Cenevrə formatın müdafiə edir. Hətta Qazaxıstanın prezidenti Nursultan Nazarbayev belə Astana formatın müdafiə edə bilmədi. Bütün bunların fonunda Soçi formatı ortalığa gəldi. 

Belə bir ümdi var ki, Soçi formatı ən geniş formatdır. Yəni tutaq ki, Cenevrə formatında iqtidar və müxalifət təmsilçiləri iştirak edirdisə, Soçi formatına belə demək mümkünsə, hətta icmaların təmsilçiləri, tayfa ağsaqqalları səviyyəsində iştirakçılar dəvət olunmuşdular. Rusiya da bu işi təşkil etməklə özünün imkanların nümayiş etdirdi. 

Burada çox vacib məsələdir ki, Türkiyə İrana görə Soçidəki dialoqu pozmağa elə də ciddi səy göstərmədi. Yəni Soçidəki Suriya dialoqu Türkiyənin marağında deyildi. Çünki həmin dialoqda bu və ya digər formada kürdlər də iştirak etdi. Türkiyənin anlamına görə kürd terrorçuları cildlərin dəyişdilər. Yəni dünən PKK-a idi, bu gün PYD-dir, sabah demokratiyadan hər hansı bir qüvvə olacaq, sonra da xaql ağsaqqalı, el icması adı ilə yenə ortalığa çıxacaqlar. Türkiyənin kürdlər haqqında təsəvvürü belədir. Ona görə də Türkiyə kürdlərin həmin dialoqda hər hansı şəkildə iştirakının əleyhinə idi. 

Mübariz Əhmədoğlu: “Soçi dialoqu baş tutandan sonra ola bilər ki, Rusiyanın Türkiyənin Afrində apardığı əməliyyatlara münasibəti dəyişsin”.


Türkiyənin dialoqa maneələri də göründü. Hətta dialoqun təşkil olunduğu gün bir qrup Suriya müxalifəti Türkiyənin ərazisində olarkən Türkiyə onları Moskvaya buraxmaq istəmədi. Onları uzun müddətli çək-çevirə saldılar və yoxlama prosedurlarını artırdılar. Bütün bunlara görə də Soçi dialoqunun vəziyyəti dəyişəcəyini düşünmürəm. Amma ilk dəfədir ki, geniş miqyasda bütün qüvvələr iştirak edir və müxalifət də iştirak etdi. 

Qərbin tanıdığı müxalifətin yarısının bu forumda iştirak etməməsi, o demək deyil ki, müxalifət iştirak etmədi. Həm də hal-hazırkı dövürdə Suriyada kimin müxalifət, kimin müxalifət olmadığını müəyyənləşdirmək çox çətindir. 

Soçi dialoqunda da əsas məsələ kimi 3 sənəd qəbul olunudu:

1. İclasın iştirakçılarının müraciəti;
2. Konstitusiya komissiyası;
3. Gələcəkdə yenidən toplanma

Mən hesab edirəm ki, Soçi dialoqunun əsas məqsədi o idi ki, orada olan fikirləri BMT Baş Katibinin nümayəndəsi BMT səviyyəsinə qədər qaldırsın və Çenevrə formatınadək aparıb çıxarsın. Buna görə bir az gözləmək lazımdır. Amma bu da faktdır ki,  Soçidəki dialoqun təşkili üçün Rusiya çox ciddi itkilərə məruz qaldı. Bu itki əsasən kürd cəbhəsində yaşandı. Türkiyənin Afrin əməliyyatından sonra hətta Rusiyaya dedilər ki, sən satqınsan, kürdlərin maraqlarını müdafiə etmirsən. 

Onu da qeyd edim ki, Soçi dialoqu baş tutandan sonra ola bilər ki, Rusiyanın Türkiyənin Afrində apardığı əməliyyatlara münasibəti dəyişsin. Yəni ola bilsin ki, Rusiya Türkiyənin Afrindəki əməliyyatlarına qarşı daha sərt mövqe ortalığa qoysun. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar