Şənbə, 23 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Smartfondakı barmaq skaneri ölünü də tanıyacaq


Cənubi Koreyanın Ulsan Elm və Texnologiya İnstitutunun alimləri nəinki sahibini, həmçinin onun durumunu tanıya bilən smartfon üçün barmaq izləri skaneri tərtib ediblər


İKT.lent.az-ın CNet portalına istinadən məlumatına görə, texnologiya smartfon sahibinin temperaturunu müəyyən edəcək.

Əgər o, 30-45 dərəcə Selsidirsə, o zaman smartfon blokdan çıxarılacaq. Yox, əgər bu göstərici çərçivəyə uyğun deyilsə, cihaz blokdan çıxmayacaq. Bu temperatur isə o deməkdir ki, insan artıq yaşamır.

Belə bir texnologiyanın əsas məqsədi barmaq yalanı deyil, cihazdan onun əsl istifadəçisinin istifadə etdiyini müəyyən etməkdir. Bu da skanerin etibarlılığını artırmalıdır. Həmçinin bu addım artıq ölmüş insanın smartfonunun blokdan çıxarılması üsuluna da təsir edəcək. Çünki Federal Təhqiqatlar Bürosu smartfon sahibi öldükdən sonra da onların barmaqları ilə telefonlarını blokdan çıxararaq məlumatlara çıxış əldə edirdi. 

pia.az
Etiket:
loading...