Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Smartfon istifadəçilərinə xəbərdarlıq


"Kaspersky Lab" şirkətinin əməkdaşları "Android" smartfonlar üçün nəzərdə tutulan yeni troyan aşkar ediblər


PİA.AZ xəbər verir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, "Google Play" onlayn mağazası vasitəsilə yayılan zərərverici proqram, yeni üsullardan istifadə edərək qurğunu "root" imtiyazlara keçirməyə qadirdir. "Dvmap" adı alan ("Kaspersky Lab"ın təsnifatına görə) virus, "Google Play"ə müxtəlif tətbiqetmələr adı altında məsələn, sadə  məntiqi oyun formasında yüklənilib. Tədqiqatçılar bildirirlər ki, "Dvmap Android"in tətbiqetmələr olan rəsmi mağazasından 50 min dəfədən artıq  yüklənilib.
 
Kibercinayətkarlar "Dvmap" zamanı "Google Play"ə əvvəlcə tamamilə zərərsiz tətbiqetmə yükləyiblər, sonra isə, onlar aprelin 18-dən mayın 15-dək olan dövrdə zərərli yenilənməni buraxıblar. Beləliklə, cinayətkarlar "Google" təhlükəsizlik sistemləri  tərəfindən aşkarlanmaqdan qaça biliblər. Qurğunun uğurlu yoluxmasından dərhal sonra 32-bit həm də 64-bit kimi "Android" versiyalarında işləyən zərərverici proqram "root" imtiyazlar almaq üçün eksploitlərin lokal paketindən istifadə edir. Əgər "root" etmək alınırsa, sistemdə bir neçə modullar müəyyən edilir. "Android" versiyasından asılı olaraq, kodun inyeksiyası zərərverici iki kitabxanalardan birini - ya "libdvm.so", ya da "libandroid_runtime.so" düzəldən zaman hücumun əsas faza mərhələsində baş verir. "Dvmap" öz modullarını yerinə yetirilməsi üçün normal kodu zərərli kod ilə əvəz edir. Lakin bu da bəzi qanuni tətbiqetmələrin zədələnməsinə və ya onların işinin dayanmasına gətirib çıxara bilər.
 
Zərərverici kod kənar mənbələrdən olan proqramların quraşdırılmasını həll etmək üçün  "Android"də "Verify Apps" funksiyasını kəsən fayl buraxır. Digər faylları yükləmə məqsədilə o, həmçinin quraşdırılmış tətbiqetməyə qurğu inzibatçısı hüququ da verə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar