Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sloveniyalı futbolçu: “Qarabağ”la dueldə uğura inanmalıyıq”


"Planımız "Qarabağ"a yüksək səviyyədə təzyiq göstərmək idi. Fikrimcə, bunu edə bildik. Bizim istifadə etməli olduğumuz 2-3 qol şansımız yarandı. Xüsusən də, ilk hissədə İssa Abassın epizoduna görə təəssüflənməliyik. Bu cür oyunlarda belə imkanları xərcləməməlisiniz"


PİA.AZ report.az-a istinadən bildirir ki, bunu Sloveniyanın "Olimpiya" komandasının futbolçusu Rok Kronaveter Çempionlar Liqasının I təsnifat mərhələsinin evdə keçirdikləri ilk oyununda "Qarabağ"a 0:1 hesablı məğlubiyyəti şərh edərkən deyib.

Sloveniya millisinin 32 yaşlı yarımmüdafiəçisi Lyublyanada baş tutan ilk görüşdə uduzmalarına rəğmən, cavab matçında uğur qazanacaqlarına inandığını söyləyib: "Rəqibin oyununu gördük. Biz daha konkret olmalı və çox hücum etməliyik. Ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində çıxış etmiş keyfiyyətli komandaya qarşı oynadıq. Bakıda daha çox təhlükəli olmağa və lazımı nəticə qazanmağa çalışacağıq. Hələ hər şey itirlməyib. Baş məşqçi dedi ki, başınızı dik tutun, döyüş hələ başa çatmayıb. Bu, hələ duelin yarısıdır. Uğura inanmalıyıq. Bunu edə bilərik. Qırmızı vərəqə alan İssa Abassız çətin olacaq. Amma baş məşqçi ona əvəzləyici tapacaq. Nə qədər ki, sağıq, qələbəyə inanacağıq".

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar