Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sloveniyada Mehdi Hüseynzadənin abidəsi ucaldılıb


Noyabrın 17-də Sloveniyanın Maribor şəhərində Sovet İttifaqı və Sloveniya qəhrəmanı, Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin abidəsi açılıb


Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfirliyi, Sloveniya Müharibə Veteranları İttifaqı və Maribor şəhəri meriyasının birgə layihəsi əsasında baş tutan açılış mərasimində Sloveniyadakı diplomatik korpusun, hərbi attaşeliyin nümayəndələri, Sloveniya parlamentinin üzvləri, veteran təşkilatlarının təmsilçiləri, şəhər meriyasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında qeyd edilib ki, İkinci Dünya müharibəsində sloven xalqı böyük qurbanlar verməli olub. Nasist Almaniyası və faşist İtaliyası arasında bölüşdürülən Sloveniyada yerli əhali, həmçinin “Vermaxt” tərkibində müharibədə iştirak etmək üçün səfərbərliyə cəlb olunub. Bu da əhali arasında işğalçılara qarşı nifrət və müqavimətin daha da güclənməsinə səbəb olub ki, nəticədə bu torpaqlar partizan hərəkatının ən geniş vüsət aldığı və böyük uğur qazandığı əraziyə çevrilib. Sloveniyanın azad edilməsində misilsiz şücaətlər göstərmiş Mehdi Hüseynzadə (Mixaylo) öz adını sloven xalqının qəlbinə əbədi olaraq həkk edib. Mixaylo fenomeni və misilsiz qəhrəmanlığı yeni nəsillər üçün örnək olmaqla yanaşı, Azərbaycan və sloven xalqları arasında dostluq bağlarının möhkəmlənməsində xüsusi rola malikdir.

Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Qalib İsrafilov çıxışında bildirib ki, Mehdi Hüseynzadənin abidəsinin açılışı iki mühüm məqsədə xidmət edir. Qeyd edilib ki, bu abidə İkinci Dünya müharibəsində canından keçmiş bütün döyüşçülərin əziz xatirəsinin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, hər iki xalqın ortaq milli qəhrəmanı olan Mehdi Hüseynzadənin abidəsinin Maribor şəhərində ucaldılması Azərbaycan və Sloveniya arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcək. Səfir, həmçinin vurğulayıb ki, bu abidə kompleksi azadlıq uğrunda işğalçılara qarşı mübarizə aparmış qəhrəmanların irsinin gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət daşıyır.

Səfir azərbaycanlı iş adamı Artur Abdinova abidənin Maribor şəhərində ucaldılmasına göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, eyni zamanda, abidənin müəllifi heykəltəraş Seyfəddin Qurbanova hazırladığı əsərə görə və Maribor şəhər meriyasına bu təşəbbüsü dəstəklədiyinə görə təşəkkür edib.

Sonra abidə kompleksinin açılışı olub. Maribor şəhərinin meri Saşa Pelko abidənin qarşısında quraşdırılmış rəqəmsal interaktiv lövhənin üzərindəki qırmızı lenti kəsib.

Tədbirdə Maribor şəhərindəki orta məktəblərdən birinin şagirdləri partizanlara həsr olunmuş mahnılar ifa ediblər.

Tədbirin rəsmi açılışından sonra iştirakçılara ziyafət verilib. Həmin gün açılışda iştirak edən Azərbaycan nümayəndə heyəti Maribor şəhərində yerləşən hərbi muzeydə olub, müxtəlif müharibələr dövrünə aid eksponatlarla tanış olublar.

Qeyd edək ki, Mehdi Hüseynzadənin Maribordakı abidəsinin müəllifi görkəmli heykəltəraş, Ukraynanın Xalq Rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanovdur. Abidənin qarşısında quraşdırılmış rəqəmsal interaktiv tablo dünyada ictimai parklarda açılan ilk rəqəmsal abidələrdən sayılır. İnteraktiv tabloda İkinci Dünya müharibəsi ilə bağlı ümumi məlumatlarla yanaşı, Mehdi Hüseynzadənin həyat və döyüş yolunu əks etdirən bütün məlumatlar öz əksini tapıb. Lövhədəki məlumatlar mütəmadi olaraq yenilənəcək. (AzərTAc)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar