Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyəzəndə gözdən əlil ailənin evi əlindən alınıb


"Hətta icra başçısı həyat yoldaşıma çay servizi və soyuducu hədiyyə etdi"


Siyəzən sakini, gözdən əlil olan olan Xoşbəxt Səfərov “Azadlıq”a müraciət edərək, başına gələnlərdən danışıb. 1965-ci il təvvəlüdlü Xoşbəxt Səfərov deyir ki, qardaşı Islam 1994-cü il mayın 8-də Ağdam rayonundakı döyüşlərdə şəhid olub. Elə həmin hadisədən sonra özü də insult keçirib və hər iki gözü tutulub. Gözlərinin açılması üçün ən müxtəlif xəstəxanalara müraciət etsə də, nəticəsi olmayıb.

Bir müddət anasıyla yaşayan Xoşbəxt Səfərov 2014-cü ildə ANS-in “Toy olsun” verilişində tanış olduğu Marina Səfərova adlı gözdən əlil bir qadınla rəsmi nikah bağlayıb: “Hazırda yaşadığım ata yurdudur. Ev uzun müddət baxımsız olduğundan, tamamilə yararsız vəziyyətə düşüb. Dəfələrlə Siyəzən rayon Icra Hakimiyyətinə ev üçün müraciət etmişik. Nə ev verirlər, nə də qəzalı vəziyyətdə olan mənzilimizi təmir edirlər. Bu ayın 2-də həyat yoldaşımla icra başçısı Arif Qasımovun qəbulunda olduq. Icra başçısı dedi ki, bizə ev verəcəklər. Ertəsi gün, yəni, sentyabrın 3-də icra başçısının müavini Etibar müəllim bizi aparıb evlə tanış etdi. Evin açarını da mənə təqdim edərək dedi ki, mənzil sizindir. Sonra bizim yanımızda kənd icra nümayəndəsinə zəng olundu ki, bizi evə aparsın, açarları alıb icra hakimiyyətində çalışanlara ver. Dedilər ki, sabah - sentyabrın 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gələcəklər, onların iştirakı ilə ev bizə təqdim olunacaq. Guya, icra hakimiyyətinə zəng gəlib ki, nazirliyin iştirakı olmadan açılış olmasın. Halbuki, açılış artıq edilmişdi. Bizə 4-32-81 saylı nömrəni verdilər. Dedilər ki, bu, sizin evinizin telefon nömrəsi olacaq. Bildirdilər ki, nömrə mənim adımadır”.

Xoşbəxt Səfərovun sözlərinə görə, kommunal xidmətləri onun adına rəsmiləşdirmək üçün hətta bir həftə əvvəl əlillik kitabçasını da alıblar: “Hətta icra başçısı həyat yoldaşıma çay servizi və soyuducu hədiyyə etdi. Biz də evə gəldik, əşyalarımızı qablaşdırdıq. Ertəsi gün - sentyabrın 4-də bizə verilən nömrəyə zəng etdik. Telefonu bir uşaq götürdü. Dedi ki, bu evi artıq başqalarına veriblər. Həmin adamları ora icra başçısı gətirib. Əvvəl inanmadıq. Qonşuluqda yaşayan adam da bizə dedi ki, o ev artıq başqasına verilib. Şənbə günü icra hakimiyyətinə getdik. Icra başçısının köməkçisi Tariyel müəllim bizi qəbul etmədi. Hətta zəngimizə belə, cavab vermədi. Həmin evə biz bir də zəng etdik. Bu dəfə dəstəyi başqa bir adam qaldırdı. Dedi ki, bu evə ehtiyacı yoxdur. Artıq başa düşdük ki, bunlar bizim heysiyyatımızla oynayıblar”.

Şikayətdə göstərilən hallarla bağlı qarşı tərəfin fikirlərini öyrənmək üçün Siyəzən Rayon Icra Hakimiyyəti başçısının köməkçisi Tariyel Tahirovla əlaqə saxladıq. O, açıqlamasında bildirdi ki, mənzillər gözdən əlillərə verilib, ancaq bu, Qarabağ döyüşlərində əlil olan şəxslərə aiddir: “Mənzilləri icra hakimiyyəti yox, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verir. Yaxşı olar ki, sizə müraciət edən şəxslər onlara müraciət etsinlər”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar