“Mən hazırda Milli Məclisdə, iclasdayam”
Bu sözləri Axar.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov səhhəti ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrlə bağlı danışarkən deyib.
“Səhhətim qaydasındadır, yaxşıyam. Ona görə də yayılan məlumatlara əhəmiyyət verməyin”, - millət vəkili bildirib.
Qeyd edək ki, bir müddət öncə Siyavuş Novruzovun arıqlamasını əks etdirən fotosu sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub və onun ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilib.
pia.az