Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzov kotletlə kokteyli qarışdırdı


Parlamentdə siyasi məhbus dartışmasına Siyavuş Novruzov “Bu sualı o uşaqları öyrədib Molotov kotleti – Molotov kokteyli verən adamlara vermək lazımdır” deyə reaksiya verib


Milli Məclisin 18 aprel iclası maraqlı açıqlamalarla keçib. Xüsusən də Ümid sədri İqbal Ağazadənin siyasi məhbuslarla bağlı çıxışına YAP-çı Siyavuş Novruzovun reaksiyası deputatlarla bərabər jurnalistlərdə də gülüş doğurub.

İqbal Ağazadə ölkənin müxtəlif regionlarında siyasi məhkəmələrin getdiyini xatırladaraq bildirib ki, istər İlqar Məmmədov, Tofiq Yaqublu, istər Qurban Məmmədov, istər Yadigar Sadıqovun məhkəmə işini araşdıranda onların siyasi sifarişlə həbs olunmasına şübhə qalmır: “NİDA-çıların hökmünə baxanda dəhşətə gəldim: 8 il, 7 il, 6 il. Bu məhkmə prosesini izləyənlər gördülər ki, bu məhkləmə söz oyunundan, şahidlər isə sifarişli şahidlər olmaqdan başqa bir şey deyil. Nə vaxta qədər bu kimi proseslər davam edəcək? Nəhayət, Milli Məclis bununla bağlı optimal qərar qəbul etməlidir. 28 may Cümhuriyyət günü ərəfəsində Milli Məclis amnistiya haqqımndfa qanun hazırlamalı, bu insanlar həbsdən azad olunmalıdır. Adam təəssüf edir ki, 21-ci əsrdə bu cür məhkəmə prosesləri qurulur. NİDA-çı gənclərə bu qədər ağır həbs istəmək prokurorluq orqanları üçün də utancdlır”. Ümid sədrinə ilk reaksiya vitse-spiker Ziyafət Əsgərovdan gəlib. O, “Azərbaycanda siyasi məhbus yoxdur” deyərək məsələyə hakimiyyətin mövqeyini ifadə edib.

Siyavuş Novruzov isə əks arqumentlərlə çıxış etdi: “Bu sualı o uşaqları öyrədib Molotov kotleti – Molotov kokteyli verən adamlara vermək lazımdır. Onlardan soruşun ki, niyə xalqın uşaqlarını bədbəxt edirsinsiz, onları ağac əkməyə, ali təhsil alamağa yox, polisin üstünə yönəldirsiniz”. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar