Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzov AYB-ni tənqid etdi


«Bunlar öz nəvə-nəticələri üçün yox, digər şairlər, yazıçılar üçün də çalışmalıdır»


Azərbaycan Yazıçılar Birliyi (AYB) haqqında uzun illərdi tənqidi yazılar yazılır və bu birliyin bir qrup adam tərəfindən zəbt edildiyi bildirilir. 

Azadliq.info yazır ki, əslində, səslənən fikirlər həqiqəti əks etdirir: "Diqqət etsək görərik ki, bu qurumda sovetin “ətri” hələ də qalmaqdadır. 27 ildir eyni şəxs sədrdi, eyni adamlar dövlətdən mükafat alır və ciddi ədəbiyyat nümunələri də barmaqla sayılacaq qədərdi. Müstəqillik illərində ortaya çıxan ciddi əsərlərin əksəriyyəti AYB-dan kənarda olan yazıçılara məxsusdur. Ancaq bir qayda olaraq başda Anar Rzayev olmaqla qocaman yazıçılar bu tənqidləri qərəzli hesab edir və sancmaq kimi qiymətləndirirlər.

Bu dəfə AYB ilə bağlı tənqidi fikirləri hansısa yazıçı, müxalif fikrin daşıyıcısı deyil, YAP icra katibinin müavini Siyavuş Novruzov səsləndirib, Novruzov “1937.az2 saytına müsahibəsində deyib: ”Azərbaycan ədəbiyyatı eyni adamlarla bitə bilməz. Bu baxımdan müxtəlif proqramlar çərçivəsində, mənə elə gəlir ki, gənc yazarlara xüsusi kömək olunmalıdır, dəstək göstərilməlidir. Mövcud yaradıcı birliklər Sovet sistemindən çıxıb, yenidən təkmilləşməlidir. Amma hesab edirəm ki, bu gün o tərkibdə də müvafiq dəyişikliklər getməlidir. Məsələn, hər dəfə, heç olmasa, 10 faiz, 20 faiz, 30 faiz dəyişikliklər olanda ədəbiyyatın inkişafına da kömək olur. Azərbaycan Yazıçılar Birliyi dövlət büdcəsindən maliyyələşir və hesab edirəm ki, qurumda hər şey sistemləşməlidir. Mənə elə gəlir ki, bunlar öz nəvə-nəticələri üçün yox, digər şairlər yazıçılar üçün də çalışmalıdır. Yazıçılar birliyində gənclərə üstünlük verilməlidir". Yazıçılar Birliyinin katibi Fikrət Qoca “Azadlıq”a açıqlamasında bu məsləyə geniş münasibət bildirməyəcəyini söyləyib: “Görünür, deputatların işi azalıb, indi də yazıçılardan danışırlar. Yəqin yay fəslinə görədir”.

Yazıçı Seyran Səxavət isə belə məsələlərin vaxtının keçdiyini bildirib: “Mənim üçün bu məsələlər artıq kiflənib, köhnəlib və mənasızlaşıb”.

AYB-nin katibi Çingiz Abdullayevə gəlincə, o da hazırda xaricdə olduğunu və cavab verə bilməyəcəyini söyləyib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar