Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasi həyatda durğunluğun sirri - siyasətçilər böhranı etiraf etdilər


Tural Abbaslı: “Siyasi səhnənin əsas aktyoru olmalı olan xalq siyasətə və siyasətçilərə inamını tam itirib”; Razi Nurullayev: “Belə zamanlarda siyasi durğunluğun olması labüd və təbiidir”; Əli Əliyev: “Bu, ölkə üçün yavaşıdılmış bombadır”


İki ildir neft ölkələrini bürüyən iqtisadi böhran Azərbaycandan da yan keçməyib. Həmçinin öz təsirini daxili siyasi vəziyyətə də göstərib. Ölkənin siyasi həyatında nəzərəçarpacaq dərəcədə durğunluq müşahidə edilir. Siyasi həyatda müşahidə olunan durğunluq, siyasi təşkilatların qeyri-aktivliyi müxtəlif amplualarda təhlil olunur. Sanki hamı bu vəziyyəti kənardan izləməyə məhkum edilib. 

Azərbaycan siyasətində 20 ildən artıqdır mövcud olan müxalif siyasi partiyaların illər öncəki aktivliyindən əsər-əlamət qalmayıb. Ölkədə tək ənənəvi müxalifət partiyaları yox, bütün partiyalar demək olar siyasi durğunluq içərisindədir. Bu passivlik hətta hakim partiya olan YAP-da da müşahidə olunur.

Bəs Azərbaycanda siyasi həyatda durğunluğun səbəbi nədir?

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, siyasi həyatda durğunluğun əsas səbəbi xalqın siyasi proseslərdən çəkilməsidir. Siyasi səhnənin əsas aktyoru olmalı olan xalq siyasətə, siyasətçilərə, siyasi proseslər vasitəsilə nələrinsə dəyişə biləcəyinə inamını tam itirib. Xalqın iştirakı olmadan isə hansısa siyasətdən ümumiyyətlə danışmaq gülüncdür: “Əslində biz bu məsələdə xalqın inamının ölməsində kimin daha çox günahı var məsələsini araşdırmalıyıq. Bu məsələdə isə məncə, hər iki cinahın-müxalifətin və iqtidarın günahı kifayət qədərdir. Belə ki, hakimiyyətin uzun illərdir ədalətli seçki keçirməməsi, seçkilərdə xalqın iradəsinin təcəlli tapmaması, ümumiyyətlə, dövlət idarəçiliyində və dövlətin taleyüklü məsələlərinin həllində xalqın iştirakının olmaması xalqın öz gücünə, proseslərə təsir etmə bacarığına olan inamını itirməsinə səbəb olub. Hələ bütün bunların üzərinə siyasi həbsləri, repressiyaları, hədə-qorxuları, siyasi mövqeyinə görə yaradılan fiziki və mənəvi basqıları əlavə etsək, hakimiyyətin bu məsələdəki günah faizini təsəvvür etmək o qədər də çətin olmur.

Təbii ki, bu passivlikdə müxalifəti kənarda saxlamaq da düzgün olmaz. Ən azından klassik müxalifət dediyimiz və demək olar ki, 1989-cu ildən səhnədə olan və mübarizə metodlarından tutmuş, yanaşma tərzlərinə qədər bir qətrə belə dəyişməyən, dəyişmək istəməyən müxalifət də günah sahibidir. Belə ki, xalqın siyasi proseslərə inamı ölən anda meydana çıxaraq onlara yeni ümid yeri olmalı, onları yeni mərhələyə ruhlandırmalı olmalı, yeni yollar göstərməli və bu proseslərin önündə şəxsi nümunə göstərərək irəliləməli müxalifət tam əksinə işlərlə məşğuldur. Yəni müxalifətin də uzun illərdir heç bir müsbət nəticə göstərməməsi, insanlar arasında az qala uğursuzluq simvolları kimi təqdim olunmaları da burada əsas amillərdəndir”.

Yeni AXCP-nin sədri Razi Nurullayev isə “Azərbaycanın həyatında siyasi durğunluq var” ifadəsini qəbul etmir: “Baxır kimin üçün siyasi durğunluqdur? Rəhbərlik etdiyim AXCP üçün siyasi durğunluq dövrü yoxdur. Həmişəkindən daha əzmkarlıqla siyasi mübarizədəyik və 10 gün öncə böyük sayda gənclərlə görüş keçirdik. Siyasi durğunluq olsa idi, gənclər də fəallıq göstərməzdi. Amma təbii ki, gözləntilər böyükdür. Bu gözləntini doğrultmaq üçün siyasi hadisələr lazımdır. Bu gün ölkədə seçki yox, referendum yox, ölkə taleyini dəyişəcək siyasi qərarlar yox. Belə zamanlarda siyasi durğunluğun olması labüd və təbiidir.

Ölkədə müxalifət sosial şəbəkələrdə fəallıq göstərir, qəzetlərdə çıxış edir, müxalifyönlü qəzetlər nəşr edilir. Bu elə siyasi fəallıqdır. Ənənəvi müxalifət siyasi durğunluq var deyir, çünki onlar üçün 5-10 nəfər yığıb mitinq keçirmək və sonra bir il yatmaq lazımdır. Əslində yalançı fədakarlıq və qəhrəmanlıq xalqın başının altına yastıq qoymaqdır".

VİP sədri Əli Əliyev isə bildirdi ki, durğunluq hakimiyyətin yaratdığı vəziyyətdir. Durğunluq müəyyən dövrə qədər effektlidir. Sonrası fəsada yol açır: “Azərbaycanda ən bərbad vəziyyət ideoloji sahədədir. Dünyada sınaqdan çıxmış heç bir ideoloji prinsiplər cəmiyyətdə yer tuta bilməyib. Cəmiyyətdə siyasi baxımdan ideoloji vakuum mövcuddur. Bu boşluğu isə pis-yaxşı dini təmayüllər zəbt etməkdədir. Bu, ölkə üçün yavaşıdılmış bombadır. İnstusional tükənən siyasi məkan mövcud şəraitdə cəmiyyətin siyasi maarif işinin öhdəsindən gələ bilmir. Bu, bilərəkdən edilir. Çünki istənilən ideoloji cərəyanın davamı ilə təşkilatlanma zərurəti yaranır.

Ölkədə bataqlıq effekti yaradılıb. Vəziyyətimiz 70-ci illərin sovet dönəmini xatırladır. Durğunluq cəmiyyətin inkişafında əyləc rolu oynayan hakimiyyətlər zamanı yaranır. Bizim iqtidar da heç nəyi dəyişmək, yenilənmək istəmir. Hakimiyyətin formalaşmasında ideya müəllifi olan şəxslər inzibati üsullarla idarəçiliyi bilən şəxslərdir. Bu baş verənlərdə müxalifətin nə suçu ola bilər ki? Müxalifətin passivliyi yürüdülən siyasətlə üzvü şəkildə əlaqəlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda belə vəziyyətin hökm sürməsində bəzi beynəlxalq çevrələr də maraqlıdır. Onların sümürgən təbəqəsi bu iqtidarla əməkdaşlıq şəraitində pul və kapitalı daşıyırlar. Ona görə tək mübarizə aparan Azərbaycan müxalifətindən bundan fərqli mənzərəni tələb etmək aşırı istəkdir. Əlbəttə ki, müxalifətin bir araya gəlməməsi, fəaliyyətini koordinasiya etməməsi, süni və məntiqsiz mənəm-mənəmlik savaşı da iqtidarın aktivinə işləyən amillərdir. Lakin bunlar həlledici təsirə malik deyil".(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar