Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siqareti tərgitməyə kömək edən qidalar - Siyahı


Mütəxəssislər siqareti tərgitmə müddətində düzgün qidalanmanın əhəmiyyətli rol oynadığını deyirlər


Təbiətdə olan bir çox qida həm siqareti tərgitməyə, həm də sonrakı müddətdə çəkini nəzarət altında saxlamağa kömək olur.

Siqareti tərgitməyə kömək edən qidaların siyahısını təqdim edirik:

Zəncəfil ağciyərləri təmizləyir

Siqaret çəkən bir çox insan bu vərdişdən xilas olmaqda çətinlik çəkməklə yanaşı, sonradan kökəlmək qorxusundan siqareti tərgidə bilmədiyini etiraf edir. Ancaq bəzi təbii qidalar həm siqareti tərgitməyə kömək olar, həm də çəkinin artmasına imkan verməz. Bu mövzuda ilk köməyinizə çatan qida zəncəfildir. Zəncəfil ağciyərlərin təmizlənməsi üçün olduqca təsirlidir. Zəncəfili çaya və ya yeməklərə qataraq içə bilərsiniz. Biyan kökü kimi güclü qoxusu sayəsində insanı rahatlaşdırır və siqaret çəkmə ehtiyacının qarşısını alır.

C vitamini şərtdir 

Siqareti tərgitmək üçün təbii C vitamini qəbul etmək lazımdır. Bu baxımdan ən təsirli qidalardan biri portağaldır. C vitamini təsiri sayəsində dəmir çatışmazlığını azaldır. Portağal kimi naringi və qreypfrut da antioksidant təsiri göstərir və tərkibindəki C vitamini sayəsində bədənin siqaretə olan ehtiyacını azaldır. İnsanlar siqaret çəkməklə bədənlərində ən çox C vitamini itirirlər. C vitamini əvəzinə nikotinin təbii olmayan elementləri yerləşir. Bu səbəbdən də siqareti tərgitmək üçün təbii formada daha çox C vitamini qəbul etmək lazımdır. Gündə 1 portağal sizə kömək olar.

Sarımsaq bədəni təmizləyir

Tərkibindəki manqan, silisium, kükürd, sulfid birləşmələri kimi bir çox maddələr sayəsində yaxşı bir antibiotik və antioksidant olan sarımsağın nizamlı olaraq yeyilməsi bədənə bir çox fayda verir. Bədənin təmizlənməsini təmin edən sarımsaq eyni zamanda, siqaret çəkmə vərdişinə qarşı mübarizə aparır. Sarımsaq xüsusilə yeməklərdə istifadə edildikdə C vitamini və antioksidant təsiri ilə toxluq hissi yaradır, çəkini qorumağa dəstək olur.

Daim darçın yeyin 

Siqareti tərgitməyə kömək olan qidalardan biri də qan şəkərini tarazlayan darçındır. Darçın yaxşı bir antioksidantdır. Darçını istər çubuq, istər toz şəklində qəbul edə bilərsiniz. Gündə bir dəfə 1 çubuq və ya 1 çay qaşığı toz darçınını qatığa, çaya və ya südə qarışdıraraq içə bilərsiniz.

Gündə bir gavalı

Yüksək antioksidant təsiri və lif tərkibi ilə siqareti tərgitməyə kömək olur. Bu müddətdə nizamlı olaraq gündə 1 dənə yeməklə dəmirin əmiləməsinə dəstək olarsınız. C vitamini baxımından zəngin olan gavalı A, B2 vitamini və kalium qaynağıdır. Siqareti tərgitdikdən sonra artıq çəkinin alınmasına da mane olur. (ailem.az)
 
pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar