Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siqareti tərgitmək istəyənlərə kömək kabinetləri yaradılacaq

Bu il ilkin səhiyyə xidmətlərində tütündən imtina üzrə tibbi məsləhət kabinetlərinin yaradılması nəzərdə tutulub


Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər.

Kabinetin yaradılmasında məqsəd siqaretdən qurtulmaq istəyənlərə yardım göstərməkdir. Müraciət edənlərlə psixoloji iş aparılacaq.

Xatırladaq ki, belə kabinetlərin yaradılması “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda əksini tapıb. Bundan əvvəl, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün tütündən imtina üzrə tibbi məsləhət kabineti və xüsusi “qaynar xətt” yaradılmışdı. Kabinetdə siqaret çəkənlərin orqanizmində baş verən dəyişikliklər, siqaretin tərkibinə qatılan kimyəvi maddələr haqqında məlumatlar verilirdi, xüsusi vasitələrlə siqaretin cibə və ağciyərə vurduğu zərər hesablanırdı. Yeni yaradılacaq kabinetlərdə də əvvəlki təcrübədən istifadə ediləcək.

Onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı hər 6 saniyədə bir insanın siqaretdən dünyasını dəyişdiyini bildirir. Yəni hər il dünyada 6 milyon insan tütün tüstüsünün yaratdığı xəstəliklərdən dünyasını dəyişir. Bunun 10 faizi passiv tütün çəkmənin təsirindən ölənlərdir. Siqaret 70-90 faiz hallarda ağır xəstəliklərə gətirib çıxarır. Xüsusilə ağciyər, tənəffüs yolları, mədə, dil-dodaq xərçənginin yaranmasında siqaret səbəblərdən biridir.

Qanunda həmçinin tütün asılılığının və tütündən istifadə nəticəsində yaranan xəstəliklərin müalicəsinə yönəlmiş tibbi yardımın göstərilməsi də əksini tapıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar