Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sinqapur KXDR ilə ticarət münasibətlərini dayandırdı


«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Sinqapur Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə ticarət münasibətlərini dayandırıb


Bu barədə gömrük xidmətinə istinadla, cümə axşamı “Channel News Asia” telekanalı xəbər verib.

«Sinqapur KXDR ilə sənaye miqyasında mal-məhsul ticarətini qadağan edir» – deyə, gömrük xidmətinin bəyanatında deyilir.

Telekanalın məlumatına görə, Sinqapur KXDR-nın ən böyük və BMT sanksiyaları şəraitində onunla ticarət əməkdaşlığını dayandıran həmkarlarından biridir.

Dünya birliyinin təzyiqlərinə baxmayaraq, KXDR özünün raket və nüvə proqramını davam etdirir. Sentyabrın 3-də KXDR hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib. Belə başlıqlar qitələrarası ballistik raketləri təchiz etmək üçündür.

Yaponiya və Cənubi Koreya hərbçiləri sınaqdan keçirilmiş bu başlığın gücünü ilkin olaraq 160 kiloton, başqa sözlə, 1945-ci ildə Yaponiya şəhərləri Xirosima və Naqasakiyə atılmış atom bambalarından 10 dəfə artıq gücə malik olduğunu bildiriblər. Bu, Pxenyanın sayca 6-cı nüvə sınağı olub. Bundan bir həftə əvvəl isə KXDR ballistik raketini sınaqdan keçirib – raket Yaponiya ərazisi üzərindən uçaraq keçib.

Bununla əlaqədar olaraq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) KXDR-a qarşı yekdilliklə yeni sanksiyalar tətbiq edib. Bu sanksiyalar Şimali Koreyanın idxal-ixrac imkanlarını xeyli məhdudlaşdırır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar