Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sinoptiklərimiz proqnozu yeni sistemlə hazırlayacaqlar


Azərbaycanda sinoptiklərin proqnoz hazırlaması işi daha da asanlaşacaq və onlar proqnozlarını daha müasir sistemlə tərtib edə biləcəklər


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Trend"-ə verilən məlumata görə, artıq Azərbaycanın hidrometeorologiya sistemində Türkiyədə proqnoz tərtibatı üçün istifadə edilən TÜRKMETCAP proqramının yeni versiyasının qurulması işlərinə başlanılıb. Bu məqsədlə sentyabrın 21-dən Azərbaycanda səfərdə olan türk mütəxəssislər ölkədə olacaqları bir həftə ərzində proqramı qurmaqla yanaşı, yerli mütəxəssislərə sistemdən istifadə qaydalarının öyrədilməsi üçün treninqlər keçəcəklər.

Gələn həftədən isə yeni sistemin tətbiqinə başlamaq planlaşdırılır. Bu işlər Türkiyə Meşə və Su İşləri Nazirliyinin Hidrometeorologiya İdarəsi ilə əməkdaşlıq çərçivəsində aparılır.

Nazirlikdən bildirilib ki, hazırda Azərbaycanda sinoptiklər məlumatları peyk sistemi vasitəsilə avtomatlaşdırılmış şəkildə alırlar. Ancaq TÜRKMETCAP proqramının yeni versiyasının imkanları daha geniş və daha müasirdir. TÜRKMETCAP proqramı ”sinoptiklərin avtomatlaşdırılmış iş yeri” hesab edilir.

Bu sistem tətbiq edildikdən sonra proqnoz tərtibatı üçün lazım olan bütün sinoptik xəritələr, rəqəmli informasiyalar, digər ölkələrdə aparılan müşahidələrin nəticələri, faktiki məlumatlar, rəqəmsal modellərin nəticələri - böyük həcmli məlumatlar bir sistemdə cəmləşəcək və sinoptik həmin sistemdən istifadə edərək öz proqnozunu tərtib edəcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar