Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Silahlı Qüvvələrimiz düşmən mövqelərini yarıb keçdi – Fotolar

Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulan məqsədlərə çatmağa tam qadirdir və bu gün keçirilən hərbi təlimlər bunu bir daha təsdiqləyir. Təlimlər bütün hədəflərin dəqiq vurulması ilə döyüş hazırlığının yüksək olduğunu göstərir


Təlimlərdə qoşunların idarəetmə orqanları, qoşun birləşmələri və hərbi hissələrin operativ-taktiki hazırlığı yoxlanılıb.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən təlimlərə 25 min nəfərlik şəxsi heyət, 300-dən çox tank, zirehli döyüş maşınları, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviyasiya, 30-dan çox hava hücumundan müdafiə sistemləri cəlb edilib. Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrinin bölmələri də müəyyən edilən hədəflərin dəf edilməsində iştirak edib.

Azərbaycan ordusunun arsenalında olan ən müasir silahlardan istifadə etməklə keçirilən təlimlər ilk dəfə olaraq, havadan pilotsuz uçan aparatlar vasitəsilə də izlənilib.

Təlimlərin əsas məqsədi qoşunların və döyüş sistemlərinin idarə olunması vərdişlərinin təkmilləşdirilməsi, eləcə də ağır şəraitdə müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsini artırmaq olub.

Zakir Həsənov- Müdafiə naziri: “Mənim tərəfimdən baş qərərgah qarşısında vəzifə qoyulubdur ki, bütün təlimlər maksimal olaraq döyüş şəraitinə yaxın vəziyyətdə keçirilsin. Qarşımızda duran düşmən, onun mövqeləri - bu gün keçirilən təlimlər də tam ona uyğun qurulmuşdur. Praktiki olaraq bizim şəxsi heyət həmin mövqeləri yarıb keçirdi. Bilirsiniz ki, artıq təcrübəmiz var. Biz onu bir saata yardıq keçdik. Ancaq təbii ki, biz gərək bu təcrübəni təkmilləşdirək”.

Təlimlərdə iştirak edən bütün qoşun növləri qarşıya qoyulan vəzifəni tam olaraq yerinə yetirərək şərti düşmən mövqelərini yüksək dəqiqliklə darmadağın ediblər.

Zakir Həsənov- Müdafiə naziri: “Təbii ki, biz bunu təhlil edəcəyik. Hansı məsələlər daha səmərəli, daha yüksək səviyyədə, daha operativ, çevik həll olunmalıdır. Biz onunla bağlı göstərişlərimizi verəcəyik. Ancaq bu gün mən ümumilikdə təlimi yüksək qiymətləndirirəm. Və hesab edirəm ki, bu yarım ildə, 6 ayın bir nəticəsi olaraq, bu təlimlərin qiyməti yüksəkdir”.

Müdafiə naziri Zakir Həsənov ali baş komandan İlham Əliyevin rəhbərliyi altında modernləşən ordunun arsenalındakı silahlarla dünyanın aparıcı dövlətlərinin silahlı qüvvələri səviyyəsində olduğunu da açıqlayıb. Təlimlərin yekunu olaraq fəqrlənən hərbi qulluqçular müdafiə naziri tərəfindən mükafatlandırılıb.(Region TV) 







pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib

Ən çox oxunanalar