Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Silahı Türkiyədən, yoxsa Rusiyadan alaq?


Sülhəddin Əkbər: “Qardaş ölkədən silah alınması Azərbaycana daha sərfəlidir”


Azərbaycan Türkiyədən 3 milyard dollarlıq döyüş vertolyotları alır. Türkiyənin TAİ şirkətindən 60 “T-129 ATAK” döyüş vertolyotunun alınmasına dair razılıq əldə olunub. Döyüş vertolyotları İtaliyanın “Agusta Westland” şirkəti ilə birgə istehsal olunur.

“T-129 ATAK” vertolyotları iki pilotludur. Qanadlarının altında Türkiyənin “Roketsan” şirkətinin istehsalı olan 76 “hava-yer” tipli raket daşıyır. Əlavə yanacaq götürmədən 556 km məsafə uça bilir. Kreyser sürəti saatda 288 kilometrdir. “T-129 ATAK” vertolyotlarının Türkiyə silahlı qüvvələri tərəfindən istismara başlamasından sonra onun xarici müştəriləri də meydana çıxıb. “T-129 ATAK” vertolyotlarına maraq göstərən ilk xarici ölkə Azərbaycandır.

Qeyd edək ki, Azərbaycanın Silahlı Qüvvələrində olan döyüş vertolyotları əsasən Rusiya istehsalıdır, Mi-8, Mi-24, Mi-35 tiplidir. Azərbaycan bu yaxınlarda Rusiyadan Mi-35M vertolyotlarının böyük partiyasını alaraq, öz hərbi-hava qüvvələrinin imkanlarını xeyli gücləndirib.

İndi Türkiyədən 60 “T-129 ATAK” vertolyotlarının alınmasına dair sövdələşmə şübhəsiz ki, Azərbaycanın Ermənistan üzərində əzici hərbi üstünlüyünü daha da möhkəmləndirməklə yanaşı, onu regionun ən güclü hava qüvvələrinə malik ölkələrindən birinə çevirəcək.

İndiyə qədər döyüş vertolyotlarını Rusiyadan alan ölkəmizin bu dəfə qardaş dövlətə üz tutması maraq doğurur. Bəzi ekspertlər hesab edirlər ki, Türkiyə silahları daha keyfiyyətlidir.

Sabiq MTN zabiti, AzDP sədri Sülhəddin Əkbər bildirdi ki, hərbi sənaye, silah-sursat məsələsi strateji məsələdir: “Strateji məsələ olduğundan uzunmüddətli düşünülməlidir. Çünki alınan silahların, texnikanın  ehtiyat hissələri, sursat məsələsi var. Silah alınan ölkə ilə siyasi, hərbi, iqtisadi münasibətlər düşünülməlidir. Həmin ölkədən, yaxud həmin ölkənin mütəffiqlərindən təhdid gözlənilirmi? Çünki bu vəziyyət yaranacağı təqdirdə, silah verməyə bilər. Məqsədli şəkildə keyfiyyətsiz silah verilə bilər. Xüsusilə müharibə dövründə bu daha vacib amildir. 2007-ci ildə ”Azərbaycanın milli təhlükəsizlik konsepsiyası" qəbul olunub. Avroatlantik məkana inteqrasiya etməyi qarşısına strateji məqsəd qoyubsa, artıq Azərbaycan ordusu NATO standartlarına uyğun qurulmalıdır. Hərbi sənaye kompleksi də NATO standartlarına uyğunlaşdırılmalıdır. Eyni zamanda Azərbaycan silah-sursat məsələsində NATO silahlarına keçməlidir. Bu, Azərbaycanın uzunmüddətli planlarına daxildir. Bütün bunlar məsələnin ümumi tərəfidir.

Hazırda Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Rusiya Ermənistanın yaxın müttəfiqidir. Heç kimə sirr deyil ki, konfliktlərdə düşmən ölkənin arxasında Rusiya dayanır. Bu məsələ həll olunmayınca, Azərbaycan bunları nəzərə almalıdır. Bizə hansı silah verilirsə, onun təkmilləşdirilmiş forması Ermənistana verilir. Əgər Azərbaycan düşmən ordusunu əzsə, onların yerində rus ordusu görünəcək. Ona görə də Rusiya ilə  bu məsələlərdə ehtiyatlı olmaq lazımdır. Çalışmalıyıq ki, NATO standartlarına uyğun silahlar alaq. Digər məsələ kommersiya tərəfidir. Adətən bütün dünyada silah bazarında silah müqavilələrinin üçdə biri rüşvət kimi verilir. Hansı ölkə ilə münasibətlər yumşaq olursa, adətən o ölkədən silah alınır. Azərbaycanın məhz buna görə İsrail, Rusiya, Türkiyə ilə silah müqavilələri var. Məsələdə diplomatik tərəflər də var".

S.Əkbər hesab edir ki, Rusiyanın Ermənistana silah satması Azərbaycanı bu addımı atmağa vadar edə bilməz: “Azərbaycan istəsə, Rusiya silahlarından daha təkmilini ala bilər. Düzdür, Rusiyanın bəzi silah sistemləri hələ də müasirliyini qoruyub saxlayır. Amma müasir dünyada bu məsələdə texnolojinin ön planda olduğunu görürük. Rusiyanın hərbi sənaye kompleksi geridə qalıb. Bu baxımdan NATO standartları ön planda tutulmalıdır. Türkiyədən silah alınmasının bir neçə üstünlüyü var; 2010-cu ildə ”Strateji tərəfdaşlıq və qarışıqlı yardım haqqında hər iki ölkə arasında müqavilə imzalanıb. Ölkəmiz bundan sonra Türkiyəyə tam arxayın ola bilər. Qardaş ölkənin hərbi sənaye kompleksi NATO standartlarına uyğunlaşdırılıb. O baxımdan da Azərbaycana sərf edir. Türkiyə, İsrail və Pakistandan silah alınması Azərbaycanın hər cəhətdən maraqlarına uyğundur. Digər NATO ölkələrinin adını ona görə çəkmirəm ki, bildiyiniz kimi, konfliktlər səbəbilə Amerika və Avropa ölkələri Azərbaycana silah satmırlar".(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar