Şənbə, 23 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Sığorta haqları üzrə borclar silindi - Vaxtı keçmiş kredit borclarının da silinməsi mümkündür?


Sabiq Maliyyə naziri: “Dövlət bu addımı ataraq müəssisələrin normal fəaliyyətinə şərait yaratdı”


“Əhalinin banklara olan gecikmiş kredit borcları üzrə yaranmış münasibətlər ilk növbədə banklarla vətəndaşlar arasındakı qarşılıqlı razılaşma əsasında həll edilməlidir”.

Bu sözləri “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov Milli Məclisdə qəbul edilən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsini PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Milli Məclisdə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı və qəbul edildi. Qanun layihəsinə əsasən, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Sənədə əsasən, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları da tam məbləğdə silinir.

Qanun layihəsində o da bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:

- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir;
- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir;
- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir.

Borcların silinməsi sahibkarlığın inkişafına dəstək və əlverişli sosial sığorta mühitinin stimullaşdırılmasına necə təsir edəcək? Həmçinin əhalinin vaxtı keçmiş kredit borcları ilə bağlı da belə analoji qanunun qəbul edilməsi mümkündür?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı sabiq maliyyə naziri Fikrət Yusifova müraciət edib.



Fikrət Yusifov: “Dövlət hər hansı bir qanunla vətəndaşları özəl banklardan kredit götürməyə, özəl bankları isə vətəndaşlara kredit verməyə məcbur etmir”.


Ötən illər ərzində bu borcların vaxtında ödənilməməməsinə görə böyük məbləğdə cərimələrin olduğunu vurğulayan sabiq maliyyə naziri PİA.AZ-a açıqlamasında bildirib ki, belə borclar nəzərdə tutulan müddətdə ödənilmədikdə mövcud qanunvericiliklə müəssisə və təşkilatların hesabına həbs qoyulmalıdır. Hesablara həbs qoyulması isə müəssisələrin fəaliyyətini iflic vəziyyətə sala bilərdi:

“Milli Məclis tərəfindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanunun müəssisə və təşkilatlar tərəfindən 2006-cı ildən qanuna müvafiq qaydada hesablanmış borcların silinməsini nəzərdə tutur. Ötən illər ərzində bu borcların vaxtında ödənilməməsi onlara görə böyük məbləğdə cərimələrin hesablanması ilə nəticələnmişdi. Belə borclar nəzərdə tutulan müddətdə ödənilmədikdə mövcud qanunvericiliklə müəssisə və təşkilatların hesabına həbs qoyulmalıdır. Hesablara həbs qoyulması isə müəssisələrin fəaliyyətini iflic vəziyyətə sala bilərdi. Elə bu səbəbdən də dövlət bu addımı ataraq müəssisələrin normal fəaliyyətinə şərait yaratdı.

Əhalinin banklara olan kredit borcları ilə bağlı durum bir qədər fərqlidir. Məcburi dövlət sosial sığorta borcları üzrə borclar müəssisə və təşkilatlarla dövlət arasındakı münasibətləri əhatə edir. Əhalinin vaxtı keçmiş kredit borcları isə özəl banklarla əhali arasında olan münasibətləri özündə əks etdirir. Bu münasibətin isə dövlətə birbaşa aidiyyatı yoxdur. Yəni dövlət hər hansı bir qanunla vətəndaşları özəl banklardan kredit götürməyə, özəl bankları isə vətəndaşlara kredit verməyə məcbur etmir.  Bu səbəbdən də əhalinin banklara olan gecikmiş kredit borcları üzrə yaranmış münasibətlər ilk növbədə banklarla vətəndaşlar arasındakı qarşılıqlı razılaşma əsasında həll edilməlidir”.

Nərminə UMUDLU
pia.az
  
Etiket:
loading...