Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ştaynmayer Dağlıq Qarabağa baş çəkmək niyyətindədir


"Berlində Qarabağ münaqişəsinin nizama salınması müzakirə edilib"


Münaqişənin nizama salınması müzakirə olunacaq.

ATƏT-in fəaliyyətdə olan sədri və Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağa baş çəkmək niyyətindədir. ANS PRESS-in məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti xəbər verib.

"Berlində Qarabağ münaqişəsinin nizama salınması müzakirə edilib"
Verilən xəbərə görə, Ştaynmayer Berlində ATƏT-in Minsk qrupunun həmsədrlərilə Qarabağ münaqişəsinin nizama salınmasını müzakirə edib.

"Ştaynmayer bu yaxınlarda əldə olunan atəşin dayandırılması rejiminin saxlanılmasını alqışlayıb. Atəşin dayandırılması rejiminin möhkəmləndirilməsi ən mühüm məsələdir. Görüş iştirakçıları razılaşıblar ki, atəşin dayandırılması və siyasi danışıqlara qayıdış məsələsi dəyişməz olaraq qalır. Bugünkü danışıqların gedişatında Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasından sonrakı mümkün addımlar həmçinin Ştaynmayerin regiona qarşıdakı səfərinin planları müzakirə edilib”, - deyə görüşün nəticəsinə görə bəyanatda deyilir.

Bir müddət əvvəl Frank-Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsilə əlaqədar bəyanat yayıb. 

"ErmənistanAzərbaycan qoşunlarının təmas xəttində vəziyyət gərgin olaraq qalmaqda davam edir. Mən son hadisələr zamanı baş verən insan itkilərinə görə heyfslənirəm və tərəfləri tam həcmdə atəşkəs rejiminə riayət etməyə çağırıram”, - deyə ATƏT-in saytında yayılan bəyanatda deyilir.

Ştaynmayer qeyd edib ki, bu kontekstdə ErmənistanAzərbaycan prezidentləri ilə görüş təşkil edən Rusiya, ABŞ, Fransa və ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsünü alqışlayır.

"Biz hadisələrin araşdırılması mexanizminin yaradılmasına dair səyləri fəal dəstəkləyəcəyik və həmçinin mənim şəxsi nümayəndəm, səfir Anjey Kasprşikin komandasının genişləndirilməsi üzərində çalışacağıq. Apreldə hərbi hərəkətlərin eskalasiyası bizim hamımıza bir xatırlatma idi ki, ölü nöqtədən tərpənmək üçün ikiqat daimi səylər lazımdır. Atəşin dayandırılması rejiminin möhkəmləndirilməsi ən mühüm əhəmiyyət məsələsidir", - deyə Ştaynmayer bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar