Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şoyqunun artan şöhrəti Putini qorxudur


Kudrinin təyinatı nəyə xidmət edir?


Sovet İttifaqının dağılmasından sonra Kremldəki siyasi hakimiyyət musiqiçi məntiqini xatırladıb. 

“Faktotum”lar gah üzdə olur, gah yoxa çıxır – tarixdə yenidən dirilmək üçün. Həm də bir məsul şəxsin şıltaqlığına görə.

Bu əsr boyu həmin adam Vladimir Putin olub.

Son nümunə Putinin Rusiya Federasiyasının Hesablama Palatası sədrliyinə sabiq maliyyə naziri Aleksey Kudrinin namizədliyini irəli sürməsidir. Bu rol üçün Kudrin seçimi keçmiş prezident Boris Yeltsinin öz irsini, Ailəni və varidatını qoruyan varis axtarışına bənzəyir.

Yeltsin vəzifədə olduğu müddətdə təxminən 15 milyon dollar yığmışdı, nəticədə, uşaqlarını və pullarını qorumaq və həbsxanaya düşməməkdən ötrü KQB-çi Putinə güvəndi.

Əlbəttə, Yeltsinin “tort”u 70 milyard dollar varidatı olan Putinin şəxsi zənginliyi ilə müqayisədə olduqca sönükdür və bu, Kremldə illik 8,9 milyon rubl (137 min dollar) maaşla yığılıb.

Baş nazir və prezident kimi 18 il iqtidarda olduqdan sonra indi mirası və sərvətinin qorunmasına ehtiyacı olan Putindir. Şəxsi sərvətdən ötrü Putin son 20 ildə qurduğu paternalist hakimiyyət sisteminı və yuxarıdan aşağı uzanan güc strukturunun mühafizəsinə ümid edir.

2008-ci ildə Putin, 2012-ci ildə prezidentliyə qayıdışına qədər, azğın, itaətkar və asanlıqla unudulan baş nazir Dmitri Medvedevi isti yerinə sahib çıxardaraq, konstitusiyadakı ardıcıl dövlət başçılığı müddəti normasını kefi istəyən şəklə salıb.

Daha nüfuzlu imicə malik Sergey İvanov keçmiş KQB generalıdır. Amma İvanov Putindən daha iddialıdır, hər halda, ikinci yalnız polkovnik rütbəsinə çatıb. Putinin hakimiyyəti üçün açıq, potensial təhlükə olan İvanov “qayçılanıb” və o vaxtdan etibarən ətraf mühit və nəqliyyatın idarə olunmasına nəzarət edən Rusiyanın “baş botaniki” rolunu icra edir.

Bu ayın əvvəlində Putin yenidən möhtəşəm şəkildə “islahat”a başlayıb və ya Medvedev yenə, amma daha yumşaq baş nazir rolunu üzərinə götürüb. Vəzifədə olduğu uzun müddətə baxmayaraq, Medvedev hələ də icra hərəkətləri ilə müqayisədə əcaib əlaqələri, üzüm bağları və bahalı saatları ilə daha çox tanınır.

Medvedevin korrupsiyası əksər rusları qıcıqlandırır. Müxalifət lideri Aleksey Navalnı bunu son YouTube videoları mövzusu etdikdən sonra on minlərlə etirazçı şəhərlərdə küçələrə çıxıb.

Rusiyanın iqtisadi və sosial ehtiyaclarını qarşılamaqda tamamilə qeyri-səlahiyyətli olduğunu sübut edən Medvedevin indi əsas vəzifəsi – Putinin mirasını qorumaqdır.

Kudrin (itaətkar, lakin statusu olmayan) Hesablama Palatasının sabiq sədri Tatyana Qolikovanı əvəz edərək, Medvedevə maraqlı bir qarşılıq verir. 2011-ci ildə Kudrin maliyyə naziri vəzifəsindən istefa verərkən, Medvedevin qeyri-adekvat, axmaq olduğunu açıqlayıb.

Kudrinin Rusiyanın baş mühasibi vəzifəsinə irəli çəkilməsi səbəblərindən biri Putinə korrupsiya ilə bağlı daha çox bilik verməsidir. Bununla yanaşı, Medvedevin tutacağı növbəti yer, 2024-cü ildən sonrakı dövrə aid dizaynlarla bağlı Putin hər kəslə manipulyasiya edə biləcək.

Həqiqətən, Hesablama Palatasının işi – hamını izləməkdir; Kudrin artıq nazirlər və nazirliklərin, xüsusilə də hərbi birliyin fəaliyyəti barədə Putinə hesabat verəcəyini bildirib. Mart ayında o, Federal Məclisə müraciətinin üçdə birini hərbi sahəyə həsr edib, müxtəlif silahlar, raket sistemləri və “məhdudiyyətsiz” diapazonlu nüvə başlıqlı raketlər nümayiş etdirib.

Putin həmişə “silovik”lərin böyük pərəstişkarı olub – keçmiş sovet hərbi və kəşfiyyat məmurları onun kabinetinin böyük hissəsini təşkil edir və bu, Kremlin Rusiyanın siyasi həyatı üzərində nəzarətsiz hakimiyyətini izah edir.

Rusiyanın hərbi-sənaye kompleksini qorumaqla, Putin “silovik”ləri nəzarətində və kənarda saxlaya bilər. Bu məqsədlə Yeltsin dövründə dayandırılmış İkinci Dünya müharibəsindəki zəfərlə əlaqədar paradları bərpa edib. Hadisələr hər keçən il daha çox nəfəskəsən və möhtəşəm olur.

Lakin sonuncu hesabatlar göstərir ki, Rusiyanın hərbi hazırlığı faktdan daha çox fantastikdir. Putinin söylədiyi “yenilməz” raketlər ya testlər əsnasında zərərsizləşib, ya da militarist rekvizitdən əslində, az şey qalıb. Bu uğursuzluqlardan çıxan nəticə budur ki, kimsə Müdafiə Nazirliyində oğurluq edir. Putinin əmr etdiyi silahları vaxtında-vədəsində çatdırmamanın başqa bir məqbul bəhanəsi yoxdur.

Belə olduğu təqdirdə yeni bir araşdırma Rusiyanın müdafiə və kəşfiyyat nazirliklərinin dövlətin ən korrupsiyaya uğrayan quruluşları arasında olduğunu göstərir. 2017-ci ildə onlar cəmi 12 min korrupsiya halından 1300-də iştirak ediblər – doqquzdan biri.

Bu fonda Kudrinə “etibarlı” təhlükəsizlik aparatının həqiqətən etibarlı olmasını təmin etmək üçün aydın vəzifə verilib.

Üstəlik, hazırkı müdafiə naziri Sergey Şoyqu, ehtimal ki, indi Kremlin hədəfindədir. Fövqəladə Hallar Nazirliyində çalışan Şoyqu, on il bundan öncə milli şöhrət qazanıb və o zamandan bəri qələbə paradlarında hərbi xilaskar kimi tanınıb.

İstehza mənbəyi olan Medvedevdən fərqli olaraq, Şoyqu işgüzar adam kimi görünür. Ancaq bu, Putinin rus xalqının yeganə xilaskarı olması iddiası üçün problem meydana gətirir. Sibir pələnglərini insanlardan və təhlükə altına düşmüş Sibir ququşularını deltaplanlardan xilas edən yalnız bir cəsur lider ola bilər.

İvanov ilə olduğu kimi, Putin başqa bir “silovik”in onunla rəqabət apara biləcəyindən qorxur. Şoyqunun Sibir-monqol mənşəyi onu etnik rusların əksəriyyətinin seçimi olmaqdan kənarlaşdırır, amma Putin risk etmək istəmir.

Kudrinin namizədliyinə zəruri əlavə – yeni fövqəladə hallar naziri Yevgeni Ziniçev artıq birbaşa Putinə hesabat verəcək və Şoyqunun potensial gücünü azaldacaq.

Əgər təhlükəsizlik qurumundan hansısa rəqib prezidentlik iddiasında olarsa, o, Putinin şərəfini qorumağı deyil, öz mirasını qurmağı üstün saya bilər. Söhbət Medvedev və Kudrindən gedir, Putinin ətrafında olan nadir mülki şəxslərdən, yəni belə bir ehtimal baş verməyəcək. (strateq.az)

Nina Xruşşova
“Project Syndicate”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar