Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şoyqunun Suriya dəvəti: Azərbaycan hərbiçiləri Suriyaya gedə bilər?


Azərbaycan hərbiçilərinin Suriyada Rusiya və Əsəd qüvvələri ilə birlikdə terrorizmə qarşı mübarizə aparması ehtimalları...


Konfliktoloq: “Düşünmürəm ki, Azərbaycan ordusunun hər hansı bir hissəsi Rusiyanın Suriyadakı kontingentinin daxilində Suriyada terrora qarşı mübarizə aparsın”.

Rusiyanın hərbi bloku olan Kollektiv Təhlükəsizlik Müqaviləsində (KTMT)da yer alan  Qazaxıstan, Özbəkistan, Ermənistan Suriyada bərpa işlərinə daha çox cəlb oluna bilən ölkələrdir. Çünki bu ölkələr Rusiyanın hərbi müttəfiqləridir. Azərbaycanın isə Rusiya ilə hərbi ittifaqı yoxdur”.

Bu sözləri konfliktoloq Əvəz Həsənov Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun MDB-yə üzv ölkələri Suriyada dinc həyatın bərpasında iştirak etmək çağırışını PİA.AZ-a şərh edərkən qeyd edib.

Rusiyanın Müdafiə Nazirliyinin başçısı Sergey Şoyqu Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələri Suriyada dinc həyatın bərpasında iştirak etməyə çağırıb. Rusyanın müdafiə naziri bu haqda MDB dövlətlərin müdafiə nazirlərinin iclasında bildirib. Şoyqu ərazinin minalardan təmizləməsi, təhlükəsiz zonalarda nəzarət üçün birgə patrul xidməti, humanitar yardımın göstərilməsi üçün MDB-yə üzv ölkələrdən kömək istəyib. “Təhlükəsizliyi təmin etmək yalnız birgə səylərlə mümkündür. Hörmətli həmkarlar, bununla əlaqədar olaraq Suriyada dinc həyatının qaydaya salınmasında iştirak etmək təklifi ilə sizə müraciət edirəm. Bu gün Suriya üzrə praktik qarşılıqlı əlaqələrimizin geniş spektri mümkündür. Ərazinin minalardan təmizləməsi, təhlükəsiz zonalarda nəzarət üçün birgə patrul xidməti, humanitar yardımın göstərilməsi, infrastrukturun bərpası və sair. Sizin dəstəyinizə bel bağlayırıq. Bu, beynəlxalq terrorizmlə mübarizədə və ümumi təhlükəsizliyin təminatında bizim birliyimizi nümayiş etdirərdi” , - o deyib.

Nazirin sözlərinə görə, hazırda Suriyada siyasi nizama salınma, humanitar yardımın göstərilməsi və infrastrukturun bərpası məsələləri ön plana çıxır.

Şoyqunun bu təklifini Rusiyanın Suriyada beynəlxalq koalisiya yaratmaq cəhdi kimi dəyərləndirmək olarmı? Həmçinin Azərbaycan bundan əvvəl dəfələrlə NATO-nun Əfqanıstandakı missiyasında iştirak edib və hələ də etməkdədir. Bəs Azərbaycan hərbiçilərinin Suriyada Rusiya və Əsəd qüvvələri ilə birlikdə terrorizmə qarşı mübarizə aparmasını ehtimalı var?     

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı konfliktoloq Əvəz Həsənovun fikirlərini öyrənib.

Related image

Əvəz Həsənov: “NATO Suriyada asayışı təmin edəcəksə, Azərbaycan da Suriyada asayışın bərpa olunmasından imtina etməməlidir”.


Rusiya Suriya mövzusunda olan bu təklifi ilk olaraq MDB ölkələrinə etməsinin gözlənilən olduğunu vurğulayan konfliktoloq Əvəz Həsənov PİA.AZ-a açıqlamasında əlavə edib ki, əgər Azərbaycandan Suriyada bərpa işlərinin aparılmasına kömək etmək xahiş olunacaqsa, Azərbaycan bunu edəcək. Yəni NATO Suriyanın yenidən qurulmasında və asayişin bərpa olunmasında iştirak edərsə, Azərbaycan da Suriyada asayışın bərpa olunmasından imtina etməyəcək və heç imtina da etməməlidir:

“Hesab edirəm ki, Rusiya faktiki olaraq indi Suriyada bərpa işlərinə can atır və bir çox ölkələri bu bərpa işlərinə cəlb etməyə çalışır. Rusiya artıq birinci mərhələ olan terrorçuların Suriyadan sıxışdırılması və Əsəd rejiminin möhkəmlənməsi mərhələsin demək olar ki, həll edib. Lakin hazırda Suriyanın ərazi bütövlüyü təmin olunmayıb və faktiki olaraq Suriya əraziləri Rusiyaİranın dəstəyi ilə ayaqda duran Əsəd rejiminin, ABŞ-ın başçılığı altında İŞİD-ə qarşı mübarizə aparan Suriya yaraqlılarının, Türkiyənin, kürdlərin və lokal olaraq İŞİD güclərinin nəzarəti altındadaır. Ona görə də demək olmaz ki, Suriyada müharibə bitib. Lakin buna baxmayaraq növbəti mərhələdə Rusiyanın məqsədi öz tərəfdaşlarını Suriyada bərpa və humanitar işlərinə cəlb etməkdir. Çünki bu Suriyada Rusiyanın nüfuzunu artıra bilər və elə bu üzdən də Şoyqunun bu çağrışı təbii qəbul olunmalıdır.
 
Bu da aydın məsələdir ki, Rusiya Suriya mövzusunda olan bu təklifi ilk olaraq MDB ölkələrinə etməsi gözlənilən idi. Düşünürəm ki, MDB üzvü olmaqla yanaşı Rusiyanın hərbi bloku olan Kollektiv Təhlükəsizlik Müqaviləsində (KTMT)da yer alan  Qazaxıstan, Özbəkistan, Ermənistan Suriyada bərpa işlərinə daha çox cəlb oluna bilən ölkələrdir. Çünki bu ölkələr Rusiyanın hərbi müttəfiqləridir. Azərbaycanın isə Rusiya ilə hərbi ittifaqı yoxdur.

Azərbaycan ordusu NATO-nun təlim qrupu çərçivəsində Əfqanıstanda, Pakistanda terorizmə qarşı mübarizədə iştirak edir. Dəfələrlə də NATO komandınlığı Azərbaycan əsgərlərinin döyüş peşəkarlıqlarını yüksək qiymətləndiriblər. Təbii ki, əgər Azərbaycandan Suriyada bərpa işlərinin aparılmasına kömək etmək xahiş olunacaqsa, Azərbaycan bunu edəcək. Yəni NATO Suriyanın yenidən qurulmasında və asayışın bərpa olunmasında iştirak edərsə, Azərbaycan da Suriyada asayışın bərpa olunmasından imtina etməyəcək və heç imtina da etməməlidir. Amma düşünmürəm ki, Azərbaycan ordusunun hər hansı bir hissəsi Rusiyanın Suriyadakı kontingentinin daxilində Suriyada terrorçuluğa qarşı mübarizə aparsın. ”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar