Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda 36 yaşlı kişi bıçaqlandı


Şirvanda 36 yaşlı kişi həmyerlisi tərəfindən bıçaqlanıb


O, aldığı xəsarətdən dünyasını dəyişib. Gədəbəydə isə 47 yaşlı kişi döyülərək öldürülüb.

36 yaşlı kişi bıçaqla qətlə yetirilib. Hadisə Şirvanda baş verib. Şəhər sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı əvəz əliyev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Baxış keçirilərkən onun aldığı xəsarətdən öldüyü məlum olub. Araşdırmalar zamanı hadisənin Şirvan sakini, 33 yaşlı Yaşar Məmmədov tərəfindən Kür sahilində törədildiyi müəyyənləşib.

Yaşar Məmmədovla əvəz əliyev arasında mübahisə yaranıb. Dünyasını dəyişən şəxs Yaşar Məmmədovu silahla hədələyib. Bu zaman Yaşar Məmmədov üzərindəki bıçaqla ona xəsarət yetirib. O, daha sonra yaralını xəstəxanaya çatdırıb və polisə təslim olub. Hadisə baş verən vaxt Yaşar Məmmədovun həmin ərazidə olan qardaşı, 36 yaşlı Anar Məmmədov da polis tərəfindən saxlanılıb. Hadisə yerinə baxış keçirilib və oradan 1 ədəd "Makarov" tipli tapança götürülüb. İlkin məlumata görə, hadisə borc üstündə olub.

Gədəbəydə isə həmkəndlilər arasında düşən dava ölümlə nəticələnib. Hadisə rayonun Arıqdam kəndində qeydə alınıb. Kənd sakini, 47 yaşlı Telman Qurbanovla həmkəndlisi Kamil Muxtarov arasında dava düşüb. Telman Qurbanov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Kamil Muxtarov isə saxlanılaraq istintaqa təhvil verilib. Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. (xezerxeber.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar