Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirməmməd Hüseynov: “100 illiyi bayram eləməyə başlamışam”


“Vətən sevgisi insan ömrünü uzadan birinci dərmandır”


Dekabrın 17-də mətbuatımızın ağsaqqalı, canlı əfsanəmiz, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun 93 yaşı tamam oldu.

 Doğum günündə bu yorulmaz araşdırmaçı alimimiz, hamımıza örnək olan dəyərli ziyalımızla həmsöhbət olmaq istədik. Hər zamankı kimi, iş başında olsa da, “Yeni Müsavat”a vaxt ayırdı.

- Şirməmməd müəllim, istədim doğum gününüzdə həm sizi təbrik edim, həm də ad günü təəssüratınızı öyrənim. Ömrün 93-cü ilinin tamamında hansı hisslər keçirirsiniz?

- Vallah, bir əsrə yaxın Azərbaycan tarixinin, taleyinin şahidi olasan, bu, hər adama müyəssər olan şey deyil. Amma əsas budur ki, 20-ci, 21-ci əsr Azərbaycan tarixinin ən möhtəşəm əsrləridir. İnsan həddi-buluğa çatanda yeni nəsil yaradır. Millət də həddi-buluğa dövlət yaradır. Amma hər həddi-buluğa çatanın övladı olmur, hər həddi-buluğa çatan millət az olur. Bu milləti həddi-buluğa çatdırdılar. Həddi-buluğ nədir? Bax, indi mən məqalələr verirəm. Cümhuriyyətin iqtisadi əsasları. Yazıblar e...Yəni müstəqil dövlət yaratmaq üçün gərək bunun iqtisadi zəmini ola. Bu iqtisadi zəmin olub. Yəni millətin özü-özünü dolandırmaq imkanı olub. Əkinçiliyi də olub, sənayesi də, sənətkarları da, mənəvi ədəbiyyatı da, mətbuatı da, dili də  olub, qeyrəti də namusu da olub. İndi bunları öyrənmək lazımdır ki, bu milləti həddi-buluğa çatdıran hansı qüvvələr, kimlər olub? Çünki onların nümunəsi bizə lazımdır. Millət həddi-buluğdan tükənməz, dövlətçiliyini itirəmməz. Bir şərtlə ki... Məsələn, məqalə yazılıb ki, millətin, cümhuriyyətin iqtisadi təməli nə olub, kimlər yaradıb bunu? Məlum olub ki, bunlar təmənnasız, vətənə, millətə xidmət edən kişilər olub. Onlardan öyrənmək lazımdır.

- Belə məlum olur ki, siz hətta ömrünüzün 93-cü ilinin tamamında da Cümhuriyyətimizin 100 illiyi, Cümhuriyyət qurucuları barədə düşünürsünüz...

- Bəs necə? Görmürsən, mən hər həftə iki səhifə “525-ci qəzet”ə göndərirəm, bir məqalə də “Azərbaycan” qəzeti çap edir. İkisində də rubrika açmışam. Birində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında”, o birisində də “Azərbaycan Xalq Cümhuriyyəti-100". İndi bircə şey var ha... 100 illik gəlir, bu cümhuriyyəti yaradan kişiləri qanmaq lazımdır, ya yox? Mən eşitdim ki, guya prezident göstəriş verib ki, harda Azərbaycan Cümhuriyyəti xadimlərinin qəbri var, onların üstü götürülsün. Bu, yaxşı şeydir, ya yox? İndi görək bunu nə təhər yerinə yetirəcəklər. Türkiyədə nə qədər Azərbaycan mücahidi var. Onların hamısının qəbri, ailələri var. Mənə belə gəlir ki, onların nəsillərini bu bayrama çağırmaq lazımdır. Maraqlanmaq gərəkdir, necə yaşayırlar, nə edirlər? Yəni xaricdə mücahidlərimizin qəbirləri çoxdur. Tiflisdə nə qədəri var. Bu respublikada nə qədəri var. Mirzə Balanın bir məqaləsi var, deyirdi ki, hər Cümhuriyyət bayramını qeyd edəndə məzarlardan qulağımıza səslər gəlir, amma bircə şey də var ki, onlardan da böyük bir qismini ki, dənizə tullayıblar, dənizin dalğaları o səsi bizə gətirir. Bunları bilmək lazımdır e. Keçmişini bilməyən millətin gələcəyi olmaz.

- Bu yaxınlarda mətbuat yazdı ki, Rəsulzadənin həyat yoldaşının məzarı Türkiyədə tapılıb.

- Rəsulzadənin iki həyat yoldaşı olub. Biri onun övladlarının anasıdır - yazıçı Seyid Hüseynin bacısı. Amma o birisi Polşadan olan Leyla xanımdır, polyak qızıdır (Vanda xanım). Onun məzarı Türkiyədədir. Polşa prezidenti Pilsudskinin qohumu olub. Yəni böyük bir ailənin övladıdır. Özü də bizimkilər dövlət yaratmaq uğrunda fədakarlığı həm də polyaklardan öyrəniblər. Çünki Avropada polyaklar qədər milli dövləti uğrunda vuruşan ikinci millət yoxdur. Fikir verin, Şopen polyak olub. O, Vyanada ölüb, amma polyaklar onun ürəyini öz vətənlərinə gətiriblər, indi də saxlayırlar. Polyaklardan vətənpərvərliyi, vətən uğrunda vuruşmağı öyrənmək lazımdır. Millətçiliyi yox, vətənpərvərliyi.

- Professor, gecə-gündüz araşdırmalarınızı davam etdirirsiniz. Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli irsinin araşdırma və təbliğində böyük işlər dördünüz. Bəs, bundan sonra kimləri araşdırmaq niyyətindəsiniz?

- Mən fikirləşirəm ki, Məmməd Əmindən, Üzeyir bəydən sonra Nəsib bəy Yusifbəylinin, Mirzə Bala Məmmədzadənin əsərlərini, Əhməd Həmdinin məqalələrini çap edək. Bunların yaradıcılığında Cümhuriyyət və Azərbaycan tarixi öz əksini tapıb. Başqa bir məsələ... Məmməd Əmin deyirdi mühacirət dövründə elə bina qurmuşuq ki, onu heçnə dağıda bilməz. Bir şeir var e...

Könlüm evi bir gülşənə bənzər ki, əzizim,

Min badi-xəzan əssə də, viran ola bilməz! (Səməd Vurğun)

İndi bunlar bir dövlət yaradıblar ki, onu heç kəs yarada bilməz! Müəyyən vaxtda kimsə istila edə bilər, fasilə olar. Amma yenə əvvəl-axır o dövlət üzə çıxacaq. Millət ona sahib çıxacaq.

- Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı şəxsən sizin təklifiniz, sözünüz, məsləhətləriniz varmı?

- Bilirsiniz necədir? Hər şeyi bir adamdan gözləmək zəiflik əlamətidir. Çünki prezidentin, hökumətin başı müasir məsələlərə qarışıqdır. Bu işi ziyalılar, tarixçilər, ədəbiyyatçılar, jurnalistlər görməlidir. Mən heç kəsdən heç nə gözləmədən işləyirəm. Gərək hamı işləyə də, hərə bir sahədə. Göstərişlə keçirilən bayram bayram deyil. Hərə özü bayram eləməlidir. Mən özüm 100 illiyi bayram edəcəyəm. Bayram eləyirəm də, artıq 4 ildir bayram eləməyə başlamışam. Amma o bayrama 50 ildir hazırlaşıram. Üzü də 50 il bundan qabaq demişəm ki, Cümhuriyyətin 100 illiyini bayram eləməmiş, bu dünyadan gedən deyiləm (gülür).

- İnşallah, bu dövlət, bu millət də gördüyünüz böyük işləriniz, millətə, vətənə sevginiz qarşılığında sizin 100 illiyinizi qeyd edər...

- (Gülür) Mən deyirəm ki, niyyətin hara, mənzilin də ora.

- Cümhuriyyətdən danışdıq, amma 93 yaşınızı necə qeyd edirsiniz, bu barədə demədiniz...

- Bilirsən, mən təntənə-məntənə tərəfdarı deyiləm. Bax, bu gün də “Azərbaycan” qəzetində bir məqaləm çap olunub: “Yeni Qafqasya” adlı. 1927-ci ildə “Yeni Qafqasya” jurnalında Ərdoğan familiyalı bir nəfərin azəri oğullarına məktubu dərc olunub. İndi bu Ərdoğan o ərdoğanlardandır, kimdir, bilmirəm. O, elə şeylər yazıb ki, mən indiki Ərdoğanın çıxışında eynən həmin cümlələri görürəm, 7-dən 70-ə, tələbəsindən müəlliminə qədər. Ərdoğanın dilində nə varsa, orda var. O nəsildəndir kimsə...

- Belə demək olarmı ki, siz elə öz məqalənizlə ad gününüzdə özünüzü təbrik edibsiniz?

- Hərə gərək özü-özünə bayram keçirə, ruhən, hər cəhətdən. Əgər hər millətin nümayəndəsi fərdi qaydada özü bayram edirsə, deməli, millət bayram eləyir. Adamları yığıb iclas keçirmək bayram deyil. Özü də o bayramı, o sevinci ruhunda yaşadırsan. Mən sənə deyim, vallah-billah Vətən sevgisi insan ömrünü uzadan birinci dərmandır.

- (yarızarafat) Demək, uzunömürlüyün sirri məlum oldu...

- Bəli. Ən böyük sirr budur ki, namuslu, qeyrətli olasan, millətə təmənnasız xidmət edəsən, heç kəsdən də heç nə gözləməyəsən. Abbas Səhhət “Hophopnamə”nin 1912-ci ildəki ilk nəşrinin müqəddiməsində Əbdülhəqq Hamidin sözlərini sitat gətirib ki, insanın öz vicdanından aldığı mükafatı heç bir padşah, heç bir sultan, heç bir prezident verə bilməz. Yazır ki, Sabir də öz zəhmətinin, millətə xidmətinin mükafatını heç kəsdən gözləmirdi, öz vicdanından alırdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar