Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirkətlər ölkəyə dərman idxalını dayandırdı


Şirkətlər bahalı dərmanların gətirilməsinin sərfəli olmadığını deyirlər


Azərbaycana dərmanların gətirilməsi ilə məşğul olan bir çox şirkətlər bahalı dərmanların idxalı dayandırıb.

Ans press-in məluamtına görə şirkətlər bunu onlara sərf etməməsi ilə izah edirlər. Dərman gətirilməsi və satışı ilə məşğul olan şirkətlərdən biri məlumat verdi ki, bir çox bahalı dərman vasitləri var ki, qiymətləri dövlət tərəfindən tənzimləndikdən sonra onları gətirmək maddi cəhətdən şirkəti qane etməyəcək. Şirkət nümayəndəsinin sözlərinə görə ,məsələn, dərmanın ampulasını 4 dollara alsalar da, burda 2 manat manata satmağa məcbur olurlar. Bu isə onlara sərf etmir. Nəticədə şirkət bu dərmanı ölkəyə gətirməkdən vaz keçir.

Digər şirkətlərdən birinin nümayəndəsi İrina Əliyeva bildirdi ki, onlar hazırda gözləmə mövqeyindədirlər.“Sentyabr ayının 15-dən sonra qiymətlərin tənzimləməsini gözləyirik. İdxal olunan ölkələr dəyişələcək. Məsələn, seftriakson əvvəl Ukraynadan gətirildi, indi isə Rusiyadan gətirələcək. Bu ölkələr arasında qiymətləri müqayisə etsək, Rusiyadan seftriakson və bir çox dərmanları gətirmək sərfəlidir."

Amma bu dərmanların tərkibinin dəyişdirilməsi demək deyil, yalnız onların adları dəyişəcək”-şirkət nümayəndəsi əlavə edib.

Ekspertlər isə hesab edirlər əgər şirkətlər bahalı dərmanların idxalından vaz keçərsə, onda ölkəmizdə dərman qıtlığı əmələ gələ bilər və nəticədə dərmanları tapmaq çətinləşə bilər.

İqtisadçı Vüqar Bayramov isə qeyd edir ki, bahalı dərmanların gətirilməməsi dərman bazarında dəyişikl iyə səbəb ola bilər. "Dərmanların qiyməti insanların maddi vəziyyətinə uyğun müəyyən edilib. Şirkətlər bu dərmanların idxalından vaz keçsə də, bu yalnız müvəqqəti xarakter daşıyacaq. Sonda sahibkarlar məcbur olub yenidən həmin dərmanların satışına başlayacaq."

Səhiyyə Nazirliyindən isə məsələ ilə bağlı ANS PRESS-ə bildirdilər ki, ölkədə dərman qıtlığı yarana bilməz.Qurumun analitika- ekspertiza şöbəsinin müdir müavini Pərviz Əzizbəyovun sözlərinə görə dərman çatışmazlğının qarşısını almaq üçün bütün tədbirlər görülüb.

“Hökumətin qərarı ilə dərmanlar müəyyən olunmuş qiymətlərlə satılmalıdır. Bu isə dərman çatışmazlığına gətirib çıxarmamalıdır. Dərman qıtlığı ilə bağlı heç bir söhbət ola bilməz. 25 təsiredici maddə üzrə 1057 dərman vasıtəsinin tənzimlənmış və satış qiyməti sentyabr 15-də müəyyən olacaq.Əgər pasient aptekdə hansısa bir dərmanı tapa bilməsə, həkimin məsləhəti ilə onu eyni tərkibli olan digər dərmanla əvəz edə bilər."

Pərviz Əzizbəyov həmçinin əlavə edib ki,ötən illə müqayisə də, cari ildə dərman idxalı artıb və yetərli qədər təsiredici maddələr var. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar