Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali Koreyaya səfir təyinatı ilə bağlı ilginc iddia


Elman Nəsirov: “Şimali Koreya ilə münasibətlərimiz bu ölkənin ABŞ-la gərginliyinin aradan qaldırılmasında mühüm rol oynaya bilər”


Azərbaycan Respublikasının Koreya Xalq Demokratik Respublikasında səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, bundan sonra Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, iqamətgahı Pekin şəhərində olmaqla, eyni zamanda Azərbaycanın Şimali Koreyada fövqəladə və səlahiyyətli səfiri olacaq.

 Hikmət Hacızadə ile ilgili görsel sonucu

Rusiyadakı sabiq səfirimiz Hikmət Hacızadə bu təyinatın o qədər də ciddiyə alınmasını doğru saymır: “Personal təyinat olmayacaq, Çindəki səfir ora da baxacaq. Açığı, Şimali Koreyada səfirliyin açılmasına bir ehtiyac da yoxdur. Amma dünya dəyişir. Rusiya və ya Çin Azərbaycana deyə bilər ki, Şimali Koreyada nümayəndəlik açın, əlaqələr qurun, münasibətləri genişləndirin”.

Politoloq, deputat Elman Nəsirov bildirdi ki, Azərbaycanın xarici siyasəti hər zaman müstəqil olub: “Azərbaycanla Şimali Koreya arasındakı diplomatik münasibətlər 1992-ci ilin yanvarından etibarən yaradılıb. Lakin indiyə qədər hər iki dövlətin bir-birində səfirliyi fəaliyyət göstərməyib. Azərbaycanın Çindəki səfiri həm də Şimali Koreyada akkreditə olunub. Şimali Koreyanın isə Rusiyadakı səfiri Azərbaycana akkreditə olunub. Bu təyinatın Qərblə münasibətlərimizə təsir edə biləcəyi barədə məsələyə gəlincə onu qeyd etmək istəyirəm ki, Azərbaycan tarazlaşdırılmış siyasət yürüdür. Çox sürətlə dəyişən dünyada bu gün də Azərbaycan həmin siyasəti davam etdirir. Azərbaycanın bütün dünya ölkələri ilə əlaqələri var. Amma əsas diqqət qonşu ölkələrlə münasibətlərə yönəlir.

Elman Nəsirov ile ilgili görsel sonucu

Sərəncamda Pxenyanda səfirliyimizin açılması ilə bağlı məsələ öz əksini tapmayıb. Azərbaycanın Şimali Koreya ilə münasibətlərinə gəlincə söyləmək mümkündür ki, bu münasibətlər simvolik addımlarla davam etdirilir. Qoşulmama Hərəkatının Bakı toplantısında Şimali Koreyanın xarici işlər naziri də iştirak etdi. Ticarət dövriyyəsi ilə bağlı deyə bilərəm ki, 2017-ci ilin 10 ayının nəticələrinə görə, təxminən 90 min dollarlıq məhsul Şimali Koreyadan ölkəmizə idxal olunub. Amma 2016-17-ci illərdə Azərbaycandan Şimali Koreyaya hər hansı bir məhsulun ixracı ilə bağlı Dövlət Gömrük Komitəsinin saytında heç bir məlumata rast gəlmək mümkün deyil. Şimali Koreya ilə münasibətlərimiz heç bir üçüncü ölkəni hədəfə almır. Bir faktı deyim ki, Rusiya ilə Türkiyənin münasibətlərinin ən gərgin vaxtlarında Azərbaycan hər iki ölkə ilə strateji tərəfdaşlıq münasibətlərini davam etdirməsi sayəsində ölkəmiz bir körpü rolunu oynaya bildi. Prezidentimiz barışdırıcı missiyanı ortaya qoydu. Rusiya-Türkiyə anlaşılmazlıqlarının aradan qaldırılmasında İlham Əliyevin çox böyük rolu oldu. Bu baxımdan Şimali Koreya ilə münasibətlərimiz bu ölkənin Amerika ilə gərginliyinin aradan qaldırılmasında da mühüm rol oynaya bilər. Bu məsələdə Azərbaycan öz barışdırıcı missiyasını ortaya qoyması mümkündür. Buna böyük potensialımız var”.(“Yeni Müsavat”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar