Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali Koreya liderinin bacısının vəzifəsini böyütməklə verdiyi mesaj

Rassel Qoldman

“New York Times” (ABŞ)


Kim Çen In kiçik bacısını Şimali Koreyanın ən əhəmiyyətli siyasi orqanına irəli çəkib. Bu, ailə üzvləri ilə olan münasibətləri tez-tez qeyri-şəffaf və bəzən ölümcül olan lideri tərəfindən atılan nadir addımdır.

Koreyanın hakim İşçi Partiyası təbliğat şöbəsinin rəhbəri və Kimin hökumətində təmsil olunan yeganə yaxını – bacısı Kim Yo-Çonq Siyasi Büroya üzv seçilib. Onun vəzifə irəliləyişi dövlət tərəfindən idarə olunan Koreya Mərkəzi Xəbər Agentliyi tərəfindən oktyabrın 8-də elan edilib.

Xanım Kim, güman ki, 28-30 yaşındadır, bu onu güclü, lakin gizli qərar vermə orqanının ən gənc üzvü edir. Onun təşviqi lap əvvəldə ata-Kim İr Senin İşçi Partiyasının baş katibi seçildiyi günün 20-ci ildönümündən bir gün əvvəl baş verib.

Kim Yo-Çonq tez-tez dövlət idarələri, hərbi birliklər və müəssislərə səfərlər zamanı qardaşını müşayiət edərkən gözə dəyir. Kimin ətrafında çoxluq təşkil edən yüksək səviyyəli generallar və partiya katiblərindən fərqli olaraq, xanım Kim tez-tez sərbəst hərəkət edən funksioner kimi rəsmi xəbərlərin şəkillərində görünür.

Bacı-qardaşın anası Ko Yonq-hui, Kim Çen İrin üçüncü arvadı idi. Xanım Kimin liderlə qan qohumluğu partiyanın elitası arasında ona yüksək status verir. Rəsmi xəbər agentlikləri tez-tez bu xanım danışarkən üst səviyyəli səlahiyyətlilərin ona cani-dildən qulaq asdığını göstərir.

Onun vəzifə irəliləyişi Şimali Koreya ilə Birləşmiş Ştatlar arasında artan gərginlik dövründə baş verir, çünki Kim Çen In nüvə silahı və beynəlxalq normalara zidd olan ballistik raketləri sınaqdan keçirir.

Qardaşına imanı xanım Kimi ailənin digər üzvlərindən fərqləndirir, buna görə də, onlardan bəzilərinin öldürüldüyü güman olunur.

Kim Çen İrin ilk oğlu – Kimin qardaşı Kim Yonq-nam fevral ayında Kuala-Lumpur hava limanında beynəlxalq müqavilə ilə qadağan edilmiş nadir kimyəvi zəhərlə öldürülüb.

İkinci oğul olan Kim Çen Çol sonuncu dəfə 2015-ci ildə Londonda, Erik Kləptonun konsertində görünüb, ancaq haqqında başqa heç nə bilinmir. Onun nə üçün hakimiyyətə gətirilmədiyi qeyri-müəyyəndir.

Kim ailəsinə pərəstişə baxmayaraq, onun üzvləri haqqında çox az məlumatlar var. Dövlət mediası bəzən Kim Çen Inın arvadı Ri Sol-Yunu göstərir. Ən böyüyünün 6 yaşı olduğuna inanılan üç uşağı haqqında de-fakto heç nə bilinmir.

Ola bilsin ki, Kim gözlənilmədən ölkəni idarə edə bilməməsini nəzərə alıb, sülalə ardıcıllığını təmin etməyi düşünür. Bəlkə də xanım Kimin yüksəlişi qardaşının pərişanlıqdan qorunma zəmanətidir.

Kimin bibisi Kim Kyon-hui – yüksək səviyyəli partiya səlahiyyətlisi və Kim Çen İrin tərəfdaşı bir neçə ildir gözə dəymir, xəstəliyinə və ya ev həbsinə məruz qaldığına dair ziddiyyətli məlumat var. Onun əri, dördulduzlu general Çan Sonq-taek əks-inqilabi fəaliyyət ittihamı ilə 2013-cü ildə edam olunub.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar