Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali Koreya ABŞ-ı hədələdi - Nüvə təhlükəsi


"KXDR sülhpərvər dövlətdir, lakin ABŞ tərəfindən təhlükəyə qarşı sərt addımlar atmağa hazırdır"


Bu bəyanatla Şimali Koreyanın Xarici İşlər Nazirliyi çıxış edib.

Bəyanatda, həmçinin Pxenyanın "total müharibəyə ümumi müharibə ilə, nüvə zərbələrinə isə nüvə müharibəsi ilə" cavab verəcəyi və "təhlükəli qarşıdurmada" mütləq qələbə qazanacağı qeyd olunur.

Aprelin 16-da Cənubi Koreyanın silahlı qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsi KXDR-in Xamqon-Namdo əyalətinin Sinpxo rayonunda uğursuz raket sınağı keçirdiyini bildirib. Raketin növü hələ müəyyən olunmasa da, ekspertlər onun KN-15 tipli orta mənzilli ballistik raket ola biləcəyini ehtimal edirlər.

Raket sınağından sonra Yaponiya hökuməti baş nazirin dəftərxanası yanında böhran komitəsi yaradıb, Cənubi Koreyada isə Milli Təhlükəsizlik Şurasının daimi komitəsinin təcili iclası çağırılıb. ABŞ-ın vitse-prezidenti Mayk Pens isə öz növbəsində Cənubi Koreyaya səfərinin gedişində bu yaxında Vaşinqtonun Suriyaya endirdiyi raket zərbələrini xatırladaraq, Pxenyanı Prezident Donald Trampın qətiyyətini sınamamağa çağırıb.(azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar