Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyxlə Davudoğlu namaz qıldılar


Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün Bakıdakı "Əjdərbəy" məscidində cümə namazı qılıb


Ə.Davudoğlu dindarlar qarşısında çıxış edərək bildirib ki, inşallah, Qarabağda bütün Qafqazın Şeyxi ilə birgə namaz qılarıq. Daha sonra baş nazirlə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin görüşü olub. Davudoğlu vaxtının az olmasına baxmayaraq Şeyxin bir stəkan çayını içib. 

Kifayət qədər səmimi keçən görüşdə Bütün Qafqazın Şeyxi Əhməd Davudoğluna rəmzi olaraq çıraq bağışlayıb. Çıraq həm Davudoğlunun rəhbəri olduğu AKP-nin rəmzi, həmçinin hər ikisinin nəvəsinin adının Nur olması ilə əlaqələndirilib. Davudoğlu isə Şeyxə Quran bağışlayıb.

Sonra baş nazir ANS TV-yə eksklüziv açıqlama verib.

- Sizi ölkəmizdə görmək bizə qürur verir. Azərbaycanda ilk Cümə namazını qıldınız. Nə dua etdiniz?

- Baş nazir olandan sonra Azərbaycana ilk səfər etmək və burada cümə namazını qılmaq böyük qürur hissidir. Bir az əvvəl camaata xitabən etdiyim duanı, cümə namazı vaxtı da içimdən dua etdim. Allah Azərbaycanı və Türkiyəni qiyamətə qədər müstəqil etsin, qorusun. Qiyamətə qədər bu al bayrağı, azanı bu torpaqlardan əskik etməsin. Dediyim ki, inşallah, ən qısa vaxtda Azərbaycanın işğal altındkı torpaqlarında, Qarabağda azanı təkrar oxumağı, eşitməyi, dinləməyi nəsib olsun. 

- Bu gün türk şahinləri də Bakıdadır. Bu təsadüfdür, yoxsa zərurət?

- Şahinlər bizi izləyər, biz də şahinləri (gülür). Heç bir şey təsadüf deyil. Bu, bizim iş birliyimizin bir nişanəsidir.

- Biz də sizin Azərbaycanda olmağınıza çox sevindik. Uğur olsun sizə.

- Çox sağ olun. Can azərbaycanlıların duasını gözləyirik. Bu gün prezident cənab İlham Əliyevlə çox gözəl görüş keçirdik. İnşallah, cənab Rəcəb Tayyib Ərdoğan, cənab İlham Əliyev, mən həmişə birlikdə Azərbaycana xidmət etməyə davam edəcəyik. Türkiyəyə xidmət etmək Azərbaycana xidmət etməkdir.

- Dünyada Türkiyəyə qarşı bir basqı müşahidə edilir. Məsələn, Qərb və ABŞ mətbuatında...

- Biz Allahdan başqa heç kimdən qorxmuruq. Heç kimin önündə də başımız əyilməz. Hər şey yoluna düşəcək, inşallah.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı müzakirə edilib

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Səyyad Ağbabalı: “Soydaşlarımız İslam fundamentalizminə qarşı mübarizə adı altında təqib olunurdular” - Video

Ən çox oxunanalar