Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyxin “ehsan qələbəsi”



QMİ sədri dirəniş göstərib məqsədinə çatsa da, özünü qalib kimi göstərmək istəmir...


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu qurumun sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında qarşıdurma yaranması barədə məlumatlarla bağlı bəyanat verib.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın APA-ya verdiyi məlumata görə, bəyanatda bildirilir ki, idarə dini mərkəz olaraq hər zaman bu və ya digər ictimai baxımdan əhəmiyyət kəsb edən məsələlərə dini nöqteyi-nəzərdən öz birmənalı mövqeyini bildirir.
Bəyanatda deyilir ki, bu mövqe açıqlanarkən Azərbaycan cəmiyyətinin və dövlətinin maraq və mənafeləri, milli-mənəvi dəyərləri, əsrlərlə formalaşmış ənənələr nəzərə alınır: “QMİ-nin və onun sədrinin bütün fəaliyyəti məhz bu amallar üzərində qurulur. Odur ki, idarə sədrinin fəaliyyətinin hansısa maraq və ya ambisiyalarla əlaqələndirilməsini yolverilməz sayır, kimlərinsə təxəyyülünün məhsulu kimi dəyərləndiririk. 33 illik fəaliyyəti dövründə Şeyxülislam Allahşükür Paşazadənin sadiq olduğu dəyərlər hər zaman Azərbaycan dövlətinin və xalqının dini-mənəvi maraqları üzərində təşəkkül tapıb. 

İstər Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi, istər Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, istərsə də Qafqaz Müsəlmanları İdarəsi üçün ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə bərqərar olması yönündə fəaliyyət hər zaman prioritet təşkil edir və bu istiqamət davam edəcək.

Münasibətlərin bu səpkidə inkişafını istəməyən, düşmən dəyirmanına su tökən qüvvələr aralarında qarşılıqlı ehtirama əsaslanan səmərəli əməkdaşlığın mövcud olduğu adıçəkilən qurumlar arasında guya qarşıdurma olduğu barədə böhtan yayırlar. Birmənalı şəkildə bildiririk ki, qurumlar arasında qarşıdurmaya yol açan məqamların mövcudluğu haqda yayılan informasiyalar həqiqətə uyğun deyil".


Mübariz Qurbanlı da oktyabrın 30-da “Trend”ə açıqlama verib. O deyib ki, ehsanla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında həmrəylik var, hər iki qurum ifratçılığın əleyhinədir: “Nəinki yas mərasimləri, eyni zamanda cəmiyyət toy mərasimlərində də ifrat israfçılığın əleyhinə çıxış edir. Bütövlükdə bu, cəmiyyətin bir tələbatı kimi ortadadır. Kimsə bunu zorla etmir, bu, tövsiyə formasında edilir. Bəzi yerlərdə vətəndaşlar deyirlər ki, mən yemək vermək istəyirdim, amma qoymadılar və s. Bunlara tövsiyə edilir. Əgər yemək vermək istəyirsə, ətrafdakı insanlar da bunu istəyirsə, biz ona demirik ki, niyə belə edirsən. Sadəcə biz deyirik ki, yemək ver, amma onu ifrat şəkildə vermə. Ehsan anlayışının özünə də xüsusi diqqət yetirmək lazımdır”. 

Xatırladaq ki, avqustun sonlarında hökumətin (bu prosesi  millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullanın başlatdığı deyilir)  qəfil qərarla yas mərasimlərində ehsan süfrələrini qadağan etməsi və bununla bağlı bütün yerli hakimiyyət orqanlarına tapşırıqların verilməsi QMİ-ni narazı salıb. Şeyxin  deputat qardaşı, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Cavanşir Paşazadə isə  bu narazılığı daha sərt formada ifadə edib, hətta “ölkədə 37-ci il havaları” ifadəsini işlətməkdən belə çəkinməyib. 

“Kim isə kiminsə gəlib qazanını götürür. Bu nə deməkdir? 37-ci ildir, repressiya dövründəyik? Səkkizinci kilometrdə yol boyu restoranlardan qalxan tüstü, kabab iyindən oradan keçmək olmur. Niyə onlara heç kim heç nə demir? ”Təzəpir"də ehsan verilməsinə gəlincə, özləri bilər. Yaslarda da, toylarda da islahatlar aparmaq lazımdır. Lakin heç kim mənə tapşırıq verə bilməz. Bunu ortaya atan adam dövlətçi ola bilməz" deyə, deputat bildirib. Nəticədə xüsusən Bakı və Sumqayıtda ehsan qadağasına faktiki olaraq əməl edilmədi. Hazırda “Təzəpir” də daxil olmaqla, paytaxtın demək olar ki, bütün mərasim zallarında yeməkli ehsan mərasimləri təşkil olunur. 

Görünür, Şeyx bu məsələdə dirəniş göstərib məqsədinə çatsa da, özünü qalib kimi göstərmək istəmir...(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar