Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyxin oğlunun ölkədən getməsini təsdiqləndi


Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə ailəsi ilə bərabər birdəfəlik ölkəni tərk edib


Bu barədə ölkə.az-ın yaydığı məlumata görə, ötən gün Məhəmməd Paşazadə həyat yoldaşı və 3 övladı ilə bərabər Türkiyəyə köçüb. 

Məlumatda deyilir ki, Şeyxin oğlu İstanbul şəhərində ev alıb.

"Onun qəfil Azərbaycanı tərk etməsinə səbəb olaraq, son vaxtlar atasına qarşı mətbuatda yayılan informasiyalar göstərilir" - xəbərdə deyilir.

Musavat.com məlumatı dəqiqləşdirmək, yaxud səbəbini aydınlaşdırmaq üçün Şeyx ilə danışmaq imkanımız olmadığı üçün onun qardaşı, deputat Cavanşir Paşazadə ilə əlaqə saxlamağa cəhd etdik. Lakin onunla da danışmaq mümkün olmadı. Bu yerdə qeyd edək ki, bir neçə gün bundan əvvəl Şeyxin Karlovı Varıda bir xanımla şərikli biznesinin olması ilə bağlı xəbərə xarici ölkələrin birindən reaksiya vermişdi.  

Qeyd edək ki, bir müddət öncə Şeyxin qudası, sabiq deputat hacı Qalib Salahzadə mətbuata açıqlamasında Şeyxin varisinin onun oğlu olduğunu demişdi və bu, rezonans doğurmuşdu.

Hacı Qalib Salahzadə musavat.com-a açıqlamasında Şeyxin oğlu ilə bağlı mətbuatın yaydığı xəbəri təsdiqlədi və bildirdi ki, həqiqətən də o, ailəsi ilə birgə dünən ölkəni tərk edib.

Səbəbinə gəldikdə, bu barədə məlumatsız olduğunu söylədi: "Nə problemləri var, səbəb nədir, bu barədə heç nə deyə bilmərəm. Amma tək onu deyə bilərəm ki, mən sonuncu dəfə Şeyxlə görüşəndə onu həddən artıq pərişan gördüm. Pərişanlığı da oğlunun ölkəni tərk etmək qərarı ilə bağlı idi".

Ola bilərmi ki, Şeyxin oğlu ölkəni müvəqqəti tərk edib və o, qayıdacaq? Hacı Qalib bu ehtimalı bölüşmədi: "Yox. Müvəqqəti olsaydı, deyərdim ki, müvəqqətidir. O vaxt müvəqqəti olardı ki, uşaqlar burda qalardı, oxuyardı. Onlar daimi köçüb getdi. Çıxıb gələcək, gəlməyəcək, mən deyə bilmərəm".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar