Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyxə Fəxri Fərman verildi



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşukur Paşazadə YUNESKO-nun mədəniyyətlərarası anlaşma naminə dinlərarası dialoq üzrə kafedralar şəbəkəsinin (YUNİTVİN) Fəxri Fərmanına layiq görülüb


Bu barədə Report-a QMİ-nin mətbuat xidmətindən bildirilib.

Qafqaz müsəlmanlarının dini lideri fəxri fərmanla "mədəni irsin qorunması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı işinə verdiyi böyük töhfəyə, habelə YUNESKO kafedrası nəzdində Şimali Qafqazın mənəvi ənənələrinin, onların mədəni özəlliklərinin korporativ tədqiqi üzrə bölmənin yaradılmasına göstərdiyi konstruktiv dəstəyə görə" təltif olunub.

Qeyd edək ki,  martın 25-də Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində "Dərbənd – üç dinin şəhəri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Qafqaz Müsəlmanları İdarəsini QMİ sədrinin birinci müavini Müfti Salman Musayev və idarənin səlahiyyətli nümayəndəsi Surxay Məmmədli təmsil ediblər. Şeyxülislam Allahşükür Paşazadənin Konfrans iştirakçılarına müraciət məktubunu oxuyan Müfti S.Musayev Qafqazın dini liderinin xeyir-dualarını Dərbənd əhalisinə yetirib. Dərbənd şəhərinin Cümə məscidinin icması ilə görüş keçirilib. İcmanın sədri Seyidyəhya Seyidov Şeyxülislam A. Paşazadəyə səmimi salamlarını və xeyir-dualarını yetirməyi xahiş edib.

Beynəlxalq Konfrans çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşukur Paşazadə YUNESKO-nun mədəniyyətlərarası anlaşma naminə dinlərarası dialoq üzrə kafedralar şəbəkəsinin (YUNİTVİN) Fəxri Fərmanına layiq görülüb.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar