Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyx Fələstinli nazirlə görüşdü



Azərbaycanda səfərdə olan Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə ilə görüşüb


QMİ-dən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Fələstin arasında dostluq əlaqələrinin tarixi köklərinə nəzər salınıb.
 
Allahşükür Paşazadə Azərbaycan və Fələstin xalqları arasında möhkəm dostuq əlaqələrinin olduğunu deyib. Şeyxülislam əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib. A.Paşazadə Azərbaycanın və Fələstinin bir-birinə qarşılıqlı dəstəyinin hər zaman davam edəcəyini vurğulayıb.
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Fələstin tərəfinə minnətdarlığını bildirib.
 
 Riyad əl-Maliki Azərbaycanın Fələstinə həm humanitar yardım göstərməsini, həm də bu ölkəni beynəlxalq təşkilatlarda daim dəstəkləməsini yüksək qiymətləndirib.
 
Azərbaycan ilə Fələstin arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcud olduğunu bildirən nazir səfərinin bu əlaqələri daha da dərinləşdirməyə xidmət etdiyini söyləyib. O, əlavə edib ki, Azərbaycan və Fələstin Xarici İşlər nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumu əlaqələrin dərinləşməsinə töhfə verəcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar