Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şevçenkodan Paşinyana: 7 rayon şərtsiz qaytarılmalıdır - Video


Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarmalıdır


Axar.az xəbər verir ki, bu sözləri rusiyalı jurnalist Maksim Şevçenko öz Yutub səhifəsində paylaşıb.

“Aleksandr Duqin bir müddət əvvəl məni Azərbaycana və Fizuli rayonuna getməyə dəvət etdi. Erməni oxucular məni qınıyaraq deyirlər ki, guya mən satılmışam, Abşeron manqurtuyam, Bakıdan pul almışam. Sizi əmin edirəm ki, heç bir pul almamışam. Əgər mənə pul təklif etsəydilər, o zaman heç vaxt oraya getməzdim. Əlbəttə, azərbaycanlılar mənim üçün kifayət qədər komfortlu səfər təşkil etdilər.

Təsəvvür edək ki, Dağlıq Qarabağ mübahisəli ərazidir. Axı Füzuli, Laçın, Kəlbəcər, Zəngilan, Ağdam, CəbrayılQubadlı rayonları da mövcuddur. Bu ərazilər Azərbaycana məxsusdur və erməni hərbi birləşmələri tərəfindən Rusiyadakı Yeltsin rejiminin dəstəyi ilə 90-cı illərdə işğal edilib. Ermənilərdən kimsə deyə bilərmi ki, bu belə deyil? Onlardan kimsə bunun Ermənistan ərazisi olduğunu deyə bilər?” – deyə o bildirib.

Onun sözlərinə görə, erməni qoşunları bu ərazilərdən çıxarılmalı və təcili olaraq milyonlarla azərbaycanlı qaçqın geri qaytarılmalıdır:

“Mənim mövqeyim hər zaman dəyişməz qalıb. Hesab edirəm ki, ermənilər gərək yüz illərdir yaşadıqları Azərbaycana geri dönsünlər. Mən həmçinin hesab edirəm ki, Ermənistandan qovulmuş 400 min azərbaycanlı öz evlərinə qayıtmalıdırlar. Bu bütün insanlar üçün faciə olub. Ona görə də mən oraya getdim ki, müharibənin azərbaycanlılarla ermənilərin problemlərinin həlli üçün pis həll variantı olduğunu deyim. Məncə, bu rayonlar heç bir şərt irəli sürülmədən azad edilməlidir. Serj Sərkisyan pis və ya yaxşı olmasından asılı olmayaraq, 5 rayonun azad edilməsiylə bağlı İlham Əliyevlə razılaşmışdı. Bu, situasiyanı müəyyən qədər normallaşdıracaqdı. Lakin Sərkisyanı devirdilər, yerinə Paşinyan gəldi və yenidən eskalasiya başladı. Mən Paşinyanın siyasətinə qarşıyam və hesab edirəm ki, işğal edilmiş ərazilərin azad edilməsi siyasəti davam etdirilməlidir. Əminəm ki, ağıllı ermənilər, Ermənistanın millətçilik mifinə yoluxmayan ağıllı vətəndaşları məni dəstəkləyəcəklər. Ona görə də mənim Füzuliyə səfərim simvolik idi. Mən iki qədim xalqı real dialoqa çağırıram”.

O, həmçinin, Azərbaycanda hər kəsin müharibəyə hazır olduğunu bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar