Suriyanın Şərqi Quta rayonunun sakinləri hökumət qoşunlarının hücumu zamanı zəhərli qazdan istifadə etməsi barədə məlumat veriblər
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, şahidlər bildiriblər ki, insanların çoxu növbəti hava hücumundan sonra səciyyəvi qoxu hiss ediblər. Həkimlər bildirirlər ki, onlara kömək üçün azı 6 nəfər zəhərli qazla zəhərlənmə əlamətləri ilə müraciət edib.
Qeyd edək ki, 2013-cü ildə Suriya rəsmən kimyəvi silahların qadağan edilməsi haqqında konvensiyaya qoşulub.
pia.az