Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəmsəddin Hacıyevin saxta diplom «fabriki»


Millət vəkili, Azərbaycan İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev Dərbənd filialı vasitəsi ilə hər il universitetə TQDK-nın qəbul imtahanlarında kənar yüzlərlə tələbə qəbul edir. Bir il sonra həmin tələbələr İqtisad Universitetinə köçürülürlər.


Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı PİA.AZ  ilginc məlumat daxil olub. Daxil olan məlumata əsasən Dövlət İqtisad Universitetinin Dağıstanda yerləşən Dərbənd filialı vasitəsi ilə hər il İqtisad Universitetinə yüzlərlə tələbə qəbul olunur. Xatırladaq ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı Dərbənd şəhərində yaşayan azərbaycanlıların təhsil problemlərini  həll edilməsi üçün 1993-cü ildə mərhum prezident Heydər Əliyevin təşəbbüsü və göstərşi əsasında yaradılıb.  Dərbənd filialının tədris binası 2013-cü ildə prezident İlham Əliyev tərəfindən ayrılmış vəsait hesabına yüksək standartlara uyğun olaraq tikilib istifadəyə verilib. İqtisad Universitetinin Dərbənd  filialındə Dünya iqtisadiyyatı, Maliyyə-Kredit,  Mühasibat  uçotu və auidit,  Gömrük işinin təşkili,  İqtisadiyyatın hüquq tənzinlənməsi  fakultələri fəaliyyət göstərir. 

PİA.AZ-a daxil olan məlumata əsasən Dərbənd filialının direktoru Rövşən Göyüşovla İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıiyev uzun illərdir işbirliyi nəticəsində hər il tələbə qəbulundan və köçürmələrindən külli miqdarda manat qazanc  əldə edirlər. Belə ki, Azərbaycan dövlətinin vətəndaşları Dərbənd filialına daxili imtahan adı altında qəbul olunurlar və 1 il bu təhsil müəssisəsində oxuduqdan sonra həmin tələbələr İqtisad Universitetinə köçürülürlər. 

Məlumatdda qeyd olunur ki, ixtisasdan asılı olaraq Dərbənd filialına tələbə qəbulunun qiymətləri 10 min manatla 15 min manat arasında dəyişir. İqtisad Universitetinə köçürülmə əməliyyatı isə yenə ixtisasdan asılı olaraq 5 min manatla 10 min manat arasında reallaşır. 

Mənbə bildirir ki, il ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına Bakıdan gedən 100-dən çox tələbə qəbul olunur və bir ildən sonra həmin tələbələr İqtisad Universitetinə köçürülür.  Bildirilir ki, İqtisad Universitetinin Dərbən filialı və rektor Şəmsəddin Hacıyevin bu əməliyyatlarında Təhsil Nazirliyinin məmurlarından biri də aktiv iştirak edir.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar