Şəmkir rayonunda oğurluq hadisəsi baş verib
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Afət Həsənovaya məxsus evdən 20000 rubl pul və ərzaq məhsulları oğurlanıb.
Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi və Şəmkir rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Kür qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elman Məmmədov tutulub.
pia.az