Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəmkirdə özbaşınalıq - Videolar

Ziya Məmmədovun kadrı ondan nazirə şikayət edən sürücülərin başına oyun açdı


Şəmkirdə ictimai nəqliyyat vasitələrinin yenilənməsi adı altından baş verən hadisələr "sürücü üsyanı”nın yetişməsinə səbəb olub.

PİA.AZ AZXEBER.COM-a istinadən xəbər verir ki, buna səbəb bir müddət öncə Şəmkir rayonunun mərkəzindən Dəllər qəsəbəsinə qədər olan istiqamətdə işləyən nəqliyyat vasitələrinin yenilənməsi adı altında baş verən özbaşınalıqlardır. Özbaşınalığın mərkəzində isə, keçmiş nazir Ziya Məmmədovun yaxın çevrəsində olan nəqliyyatçılar dayanır. Belə ki, bir vaxtlar Ziya Məmmədovun media siyasətini müəyyənləşdirən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tərkibindəki "10 saylı Şəmkir Regional Nəqliyyat” MMC-nin rəhbəri Əli İsmayılov illərdir bu istiqamətdə işləyən sürücüləri xətdən çıxararaq öz adamlarını yerləşdirir və onlarla ailəni ac qoyur. Bu haqda portalımza sakinlər məlumat verib.

Xatırlayırsınızsa, bir müddət öncə sosial şəbəkələrdə də yayılan video görüntülərdə məhz sürücülərdən biri 10 saylı Şəmkir Regional Nəqliyyat” MMC-nin rəhbəri Əli İsmayılova rüşvət vermədikləri üçün başlarına gətirilən oyunlar haqqında danışmışdı.

Görüntülərdə müstəqillik illərindən öncə də bu xətdə çalışan və zorla xətdən çıxarılan sürücülərin yerinə Əli İsmayılovun öz sürücülərini yerləşdirdiyi bildirilmişdi.

Sözügedən olayın üstündən aylar keçməsinə baxmayaraq, baş verənlərlə bağlı heç bir tədbirin görülməməsi sürücülərin yenidən imdad diləməsinə səbəb olub.

Davamlı şəkildə sürücülər tərəfindən "10 saylı Şəmkir Regional Nəqliyyat” MMC-nin rəhbəri Əli İsmayılov tərəfindən redaksiyamıza daxil olan özbaşınalıqlarla bağlı şikayət məktublarını nəzərə alaraq, məsələni daha dərindən araşdırmaq qərarına gəldik.

Araşdırmalar nəticəsində məlum oldu ki, Ə.İsmayılov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin adından istifadə edərək Şəmkir Sərnişin nəqliyyat ASC-nin 20 il xidmət göstərdiyi ən rentabelli Şəmkir Dəllər marşrutunu ələ keçirib. MMC rəhbəri sözügedən xətti qrafiki fiziki Şəxs Mirzəyev Xəyal Vəli oğluna (VÖEN 2302559852) ötürüb. 

Araşdırmalar nəticəsində o da məlum olub ki, "yenilənmə” adı ilə yüzlərlə insanı ac qoyan Ə.İsmayılovun bu işi həvalə etdiyi Mirzəyev Xəyal Vəli oğlu 2015-ci ildən vergi ödəyicisi kimi fəaliyyətini dayandırıb. Digər tərəfdən hazırda xətdə olan sürücülərin heç biri rəsmi qeydiyyata alınmayıb və onların adı ilə vergi ödənilmir. Belə olan təqdirdə dövlət büdcəsindən yayındırılan vergi vəsaitləri ilə bağlı ciddi suallar ortaya çıxır.

Digər maraqlı məqam isə köhnəlmiş və yararsız hesab edilən Şəmkir Sərnişinnəqliyyat ASC-yə məxsus avtobuslardır. Sürücülər iddia edirlər ki, onların idarə etdikləri avtobuslar bundan öncə dəfələrlə yol polisinin texniki baxışından keçib və alınan rəylərə görə avtobuslarının hər biri istifadəyə yararlıdır. Bundan başqa "yenilənmə” adı ilə xəttə qoşulan yeni avtobusların texniki göstəriciləri və istifadə tarixləri heç də Şəmkir Sərnişinnəqliyyat ASC-yə məxsus avtobuslardan yüksək deyil.

Mövcud vəziyyətlə bağlı portalımıza danışan Şəmkir Sərnişinnəqliyyat ASC-nin müşahidə şurasının üzvü Emin Babayev problemlə bağlı nazir Ramil Quluzadənin bölgələrdəki qəbulunda olduğunu bildirib. E.Babayevin sözlərinə görə, nazirə mövcud vəziyyətlə bağlı məlumat verilərək, "10 saylı Şəmkir Regional Nəqliyyat” MMC-nin rəhbəri Əli İsmayılovun vəzifə səlahiyyətlərini aşması nəticəsində onlarca ailənin ac qaldığı deyilib:

"Nazirlə söhbətimiz zamanı biz Ə.İsmayılovun məhz nazirin tapşırığı ilə bizimlə olan müqaviləni ləğv etdirdiyini dedik. Cənab nazir isə, Ə.İsmayılova belə bir tapşırıq vermədiyini deyərək, bizə "gedin işləyin" cavabını verdi. Bundan başqa cənab nazir nazirlik əməkdaşlarından birini bu problemi araşdırmaq və ona məruzə etmək üçün təhkim etdi".  

E.Babayevin sözlərinə görə, nazirlik əməkdaşı da məsələni araşdıran zaman Ə.İsmayılovun vəzifə səlahiyyətlərini aşdığını təsdiqlədi.  Maraqlı olan məqam isə nazirlik əməkdaşının gəlişindən sonra sürücülər işə çıxmalı olduqları halda Ə.İsmayılov rəsmi qərarın olmadığını iddia edərək onları xəttə buraxmayıb.

ASC əməkdaşı E.Babayevin sözlərinə görə, bölgələrdə işsizliyin artdığı bir ərəfədə ölkə başçısının yeni iş yerləri açın çağırışını bəzi şəxslər kölgədə qoymaq istəyir. Belə ki, Şəmkir Sərnişinnəqliyyat ASC hər il dövlət büdcəsinə 20 min manatdan çox vergi ödəyir. Hazırda isə ASC-nin əməkdaşlarının böyük hissəsi işsiz qalıblar. Bu isə neçə ailənin ac qalması deməkdir.

Bütün bu özbaşınalıqlardan bezən sürücülər yaxın zamanlarda Prezident Administrasiyasının önünə yığışacaqlarını və prezident İlham Əliyevdən imdad diləyəcəklərinin anonsunu veriblər.

Məlumatda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
.




pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar