Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəmkirdə 31 Mart Soyqırım günü qeyd olundu



Şəmkir Heydər Əliyev Mərkəzində Azərbaycanda 31 mart 1918- ci ildə baş vermiş soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş konfrans keçirilib. Konfrans Şəmkir rayon tarix müəllimləri birliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub


PİA.AZ xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Mərkəzin muzey hissəsini gəzmiş, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad ediblər. 

Tədbir soyqırım qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Konfransı  giriş şözü ilə açan Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru  Məleykə Əlizadə “1918-ci il soyqırım hadisələrinin baş vermə səbəbləri, ona təsir göstərən amillər”  mövzusunda məruzə ilə çıxış edib. 

Bundan əlavə Məleykə Əlizadə qeyd edib ki, Ulu öndər Heydər Əliyevin 1998-ci ildə verdiyi sərəncamla hər il həm Azərbaycanda, həm də dünyanın hər yerində azərbaycanlılar bu günü qeyd edir.  Azərbaycan xalqının başına gətirilən müsibətlərin, millətin başına gətirilən faciələrin dünya ictimaiyyəti tərəfindən tanınması üçün bu gündə hökümətimizin dəstəyi ilə tədbirlər həyata keçirilir. Məleykə xanım erməni cinayətləri haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması qarşıda duran əsas vəzifələrdən olduğunu, bunun üçün tədqiqat işləri aparmağın, müxtəlif dillərdə kitab və məqalələr nəşr etməyin, elmi konfransların təşkilinin zəruriliyini bildirib.  

Konfransda həmçinin AMEA Folklor İnstitutunun baş elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli, İctima TV-nin  “Carçı” sənədli filmlər studiyasının əməkdaşı, fəlsəfə doktoru Mahir Qəribovun soyqrımla bağlı mühazirələri dinlənilib.

Konfrans Şəmkir RTŞ tarix üzrə metodist C.Məmmədov “Bakı Xalq Komissarları Soveti-mif və reallıqlar”,  Abbaslı kənd orta məktəbinin müəllimi S.Qurbanov  “Şamaxı şəhəri və Şamaxı qəzasında törədilən soyqırımın istintaq materiallarında əksi”,  Aşağı seyfəli kənd orta məktəbinin müəllimi X.Nəsibov  “Quba şəhəri və Quba qəzasında törədilən soyqırım və yerli əhalinin müqaviməti”,  Əliyaqublu kənd otra məktəbinin müəllimi-T.Ismayilova “Zəngəzur qəzasında törədilən soyqırım”  mövzusunda məruzələri ilə davam edib.

Konfrans Şəmkir Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunan soyqrımla bağlı sərgiyə baxışla yekunlaşıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar