Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şekspir komediyasına bənzəyən Qətər böhranı: Əmirlik müsəlman dövlətlərindən niyə qorxur?


Qətər böhranı iki məsələni təsdiq edir: Ərəb dövlətlərinin davam edən "uşaqlığını" və Donald Trump-ın Səudiyyəyə səfəri zamanı nümayiş etdirilən sünni müsəlman birliyinin iflasını


Bu barədə "The İndependent"qəzeti və "The Dawn" portalında dərc edilmiş məqalədə Robert Fisk yazıb.

Məqalədə deyilir ki, bu sammitdə ölənədək şiə İranının "terroruna" qarşı döyüşməyi vəd edən Səudiyyə və onun satellitləri əvvəlcə özlərinin ən varlı ərəb soydaşlarından birinin üstünə tökülüşüblər.

"Belə müxənnətliyi yalnız Şekspirin komediyalarında görmək olar", -deyə müəllif yazıb.

Məqalədə deyilir ki, "Qətər vətəndaşları heç şübhəsiz İŞİD-ə müəyyən töhfə veriblər. Amma bunu Səudiyyə vətəndaşları da ediblər axı… 11 sentyabrda təyyarələri Nyu-York və Vaşinqtoun binalarına çırpanların arasında qətərlilər olmayıb. Amma bunu edənlərin dördünü çıxmaq şərtilə 19-u Səudiyyə Ərəbistanından olub. Bin Laden qətərli yox, səudiyyəli idi…"

Amma buna baxmayaraq Bin Laden Qətərin Əl-Cəzirə telekanalına üstünlük verirdi. Öz növbəsində Əl-Cəzirə də Əl-Qaeda/Cəbhət ən-Nüsraya rəğbətli idi.

Müəllif yazır ki, "gəlin əvvəlcə bu əhvalatın son dərəcə məzəli təfərrüatlarından çəkinək. Yəmən Qətərhava rabitəsini kəsir. Bu yəqin ki, "yazıq" Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tanini əməlli-başlı məyus etməlidir. Amma Səudiyyənin və Əmirliklərin daimi bombardmanı altında olan Yəmənin adam arasında çıxarılası təyyarəsi yoxdur axı… O ki qaldı hava nəqliyyatı ola”.

Maldiv adaları da Qətərlə əlaqələrini kəsib. Bu yaxınlarda Səudiyyə Maldiv adalarına 5 il müddətində 300 milyon dollarlıq kredit vəd edib. Bunun 100 milyon dolları Maldivdə "dünya səviyyəli" 10 məscidin tikintisinə xərclənməlidir.

Müəllif bir qədər də ironiya ilə yazır ki, Qətər əmirinin öz qoşunu olmadığına görə, o ölkəsində sabitliyin təminatı üçün səudları dəvət edə bilərmi? Çünki 2011-ci ildə Bəhreyn kralı məhz bu cür hərəkət etmişdi.

"Amma şeyx Təmim rahatdır ki, QətərABŞ-ın nəhəng hərbi bazasının olması səudları belə lütfkarlıqdan məhrum edəcək" – deyə məqalədə vurğulanır.

Müəllif daha sonra ayzır: "Mən bir dəfə şeyx Təmimin (elə onun tərəfindən devrilmiş) atası şeyx Həməddən soruşdum ki, nə əcəb amerikalıları Qətərdən qovmur? O belə cavab verdi: "Çünki mən belə etsəm, ərəb qardaşlarımız bizi işğal edərlər".

Məqalədə deyilir ki, böhran Qətər Xəbər Agentliyinin saytında peyda olmuş bir neçə qeydlərə görə başlanıb. Qətər əmirinə aid edilən bu qeydlərdə İranla yaxşı münasibətlərin zərurətindən söz gedirdi.

Qətər sonradan bu xəbəri təkzib etdi. Müəllif yazır ki, öz dövlət telekanalları kifayıt qədər sabit və "cansıxıcı" olan Səudiyyə bu təkzibə inanmayıb. Müəllifin fikrincə indi Qətər əmirinə xəbərdarlıq edirlir ki, Körfəzdəki siyasəti cırtdan Qətər yox, səudlar müəyyən edirlər. Səudlar hesab edirlər ki, Trampın səfəri məhz bunun təsdiqidir.

Lakin səudların narahatlıq üçün başqa əsasları da var. Küveyt Qətərlə münasibətləri kəsməsinə baxmayaraq indi qətərlilər, səudlar və Əmirliklər arasında vasitəçilik edir. Dubay Əmirliyi İranla yaxın ölkədir və burada on minlərlə iranlı işləyir. Bu əmirlik Abu Dabinin Qətərə olan hiddətini bölüşmür. Oman cəmi bir neçə ay bundan əvvəl hətta İranla birgə dəniz donanması manevrləri keçirmişdi. Pakistanlılar Səudiyyənin sözünü yerə salaraq Yəmənə qoşun göndərməyiblər.

Çünki Səudiyyə yalnız sünni hərbçilərin göndərilməsini istəmişdi, amma Pakistan öz ordusunun məzhəbləşdirilməsini istəmir.

Müəllif yazır ki, Misir prezidenti, feldmarşal Abdel Fəttah əs-Sisi Qətərə qarşı qəzəblə kükrəyir, çünki Qətər Misirin Müsəlman qardaşlığı təşkilatını dəstəkləyib. Amma buna baxmayaraq səudlardan milyonlarla dollarlıq yardım alan Misir də fəlakətli Yəmən müharibəsinə qoşun göndərməyə tələsmir. Misirin başı İsraillə birlikdə Fələstinin Qəzza zolağını mühasirə etməyə qarışıb.

"Amma bir qədər diqqətlə baxanda səudları əslində nəyin narahat etdyiyi aydın görünür. Qətər həm də məxfi bağlarla Əsəd rejimi ilə münasibətlər qurub. Qətər Suriyada xristian rahibələrin Cəbhət ən-Nüsranın əsirliyindən azad edilməsində, livan əsgərlərinin qərbi Suriyada İD-in girovluğundan qurtarılmasında xüsusi rol oynayıb. Rahibələr əsirlikdən azad olan kimi həm Əsədə, həm də Qətərə təşəkkür bildirmişdilər"- deyə jurnalist yazır.

Körfəzdə getdikcə böyüməkdə olan şayiələrdən biri də budur ki, Qətər müharibədən sonrakı Suriyanın bərpasını maliyyələşdirmək ambisiyalarına malikdir. Bütün bunlar Suriyanı gələcəkdə Qətərin iqtisadi hegemonluğu altına sala bilər. Bu hadisə balaca Qətərə iki qızıl mükafat verərdi: "Qətərin ərazisi Əl-Cəzirə media imperiyası qədər genişlənərdi".

Müəllif qeyd edir ki, bir çox ölkələr kimi QətərSuriyaya neft kəmərlərinin keçdiyi məkan kimi baxır. Buradan çəkiləcək kəmərlər Körfəzin enerji daşıyıcılarını Türkiyə vasitəsilə Avropaya nəql etməlidir.

Avropalılar üçün belə bir marşrut çox sərfəli olardı. Kəmərlər Rusiyadan və Hörmüz boğazından yan ötərdi. Belə bir şəraitdə Qətərin sözün əsl mənasında kəsilmiş yeganə rabitə qolu hələlik Qətər Hava Yollardır. (BBC)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar