Xəbər xətti

21 FEVRAL

11:16 İranın müdafiə naziri Azərbaycana gəlib

11:12 Sumqayıtda çoxmərtəbəli binanın lifti qırıldı: 3 nəfər ağır xəsarət aldı

11:08 Azərbaycan və Türkiyə “Qaz savaşı”nın tən ortasında

11:04 Azərbaycan məmurları xaricdəki milyardlarını itirə bilərlər - “ABLV Bank” qalmaqalı

11:00 Vaşinqtondan Bakıya da sanksiya xəbərdarlığı gəlib

10:55 Pxençxan-2018: Almaniya Norveçə çatdı - Medal siyahısı

10:51 “Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə sadiq olaraq qalır”

10:47 Bakıda əhali sıxlığı: Paytaxt ağır “yük” altında

10:43 Bədənə yapışa bilən displey yaradıldı

10:38 Çingiz müəllimin reaksiyasının doğurduğu məyusluq

10:29 Almaniya yığması Olimpiadaya 3,5 min litr pivə gətirib

10:25 Netanyahu Mahmud Abbası “terrorçuların sponsoru” adlandırdı

10:21 Bakının iki magistralında sürət həddi endirildi

10:17 Keçmiş polis intihar etdi - Ağdamda

10:13 Azərbaycan-Makedoniya matçının vaxtı dəqiqləşdi

10:08 Bakının iki rayonunda qaz təchizatı məhdudlaşdırılır

10:04 Sabiq deputatlara pensiya veriləcək

10:00 Bu gün Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşəcək

9:58 Azərbaycandan Avropaya daha bir qaz dəhlizi - Təhlil

9:53 Neft ucuzlaşdı

9:49 Suriyada barışdırılma üzrə Rusiya mərkəzi atəşə tutulub

9:46 Bayılda gərginlik artır

9:42 Atəşkəs 135 dəfə pozulub

9:37 Fəxriyə Xələfova: “Dəb olmasaydı, həyat dayanardı”

9:33 Tələbə kreditləri haqda yeni təklif

9:29 Polkovnik: “Ermənilər hücuma keçə bilər”

9:25 “Alpinistlərin tapılmaması qeyri-peşəkarlıqdır”

9:21 ATƏT məşhur təşkilatını Azərbaycana göndərir

9:17 Bakıda gənc qadın intihara cəhd edib

9:14 Mərkəzi Bank notlarını hərraca çıxarır

9:10 Elşən Musayev: “Əli Kərimlinin cəsarəti çatıb bu gün də debata gəlsə...“

9:06 Bakıda fəhlə özünü öldürüb

9:03 İranın müdafiə nazirinin Bakı səfərinin mümkün səbəbləri

9:00 Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - Təfsilat

0:57 ABŞ kriptovalyutalara nəzarəti gücləndirəcək

0:49 Üz cizgilərinin formalaşmasını təmin edən genlər müəyyən edilib

0:36 Göygöldə yoxa çıxan gəlin tapıldı

0:28 17 türk məmur Yunanıstana qaçdı

0:14 Hava vasitəsilə enerji toplayan batareya yaradılıb

0:03 Bu gün bürcünüz nələr vəd edir?

20 FEVRAL

23:58 “Türkiyəni itirmək ABŞ-ın bölgəni itirməsi mənasına gələr”

23:44 Ramil Usubov kral Salmanla görüşdü

23:37 Ötən il Rusiya əhalisinin sayı 0,05% artıb

23:25 ABŞ-da orta məktəb atışma ilə əlaqədar təxliyyə edilib

23:11 Olimpiadada səyyar məscidlər xidmət göstərəcək

23:06 Ərdoğandan Əsəd ordusunun həmləsinə ilk reaksiya

22:58 İki dərmanın satışı qadağan edildi

22:42 Tehrandakı iğtişaşda 300 nəfər saxlanılıb

22:36 Maldiv adaları uğrunda Çin-Hindistan rəqabəti - Təhlil

22:29 Çexiyanın “Tatra” yük maşınları Azərbaycanda yığılacaq

22:16 Vahid Əhmədov: “Kənd təsərrüfatı sahəsində ikinci mərhələ başlayır”

22:03 Azərbaycanda işsizlərin sayı açıqlandı

21:55 YPG qüvvələri Afrindən geri çəkilib

21:42 Vəzifəli şəxslərin cəriməsi müəyyənləşdi

21:37 Poroşenko Donbasda ordudan istifadəni qanuniləşdirdi

21:24 İranda təyyarə qəzasında ölənlərin cəsədləri tapılıb

21:19 Komitə sədri Cocuq Mərcanlı məscidində

21:07 Bakının iki rayonunda qaz olmayacaq

20:55 Adnan Oktar: “Biz Ermənistanla sərhədləri açacağıq”

20:41 “Seçkiləri kifayət qədər beynəlxalq təşkilat müşahidə edəcək”

20:39 “ABŞ Suriyada öz regional maraqlarından əl çəkməyəcək”

20:27 Sabahdan Bakı-Sumqayıt elektrik qatarının hərəkət qrafiki dəyişir

20:14 “Erməni və Azərbaycan icmaları arasında dialoqun qurulması vacibdir”

20:03 Bakıda şirkət və mağazadan oğurluq edildi

19:58 Özbəkistan Prezidenti Azərbaycana rəsmi səfər edə bilər

19:55 “AzerGold” QSC-nin mütəxəssisləri İsveçrəyə işgüzar səfər ediblər

19:51 Bu sürücülər 50 manatadək cərimələnəcək

19:46 Xarici ölkələrdə Xocalıya aid tədbirlər keçiriləcək

19:42 Reks Tillerson: “Kim məni əsəbiləşdirir”

19:37 Böyük Vətən Müharibəsi veteranlarının prezident təqaüdü artırıldı

19:31 Sərdar Cəlaloğlu prezidentliyə namizəd oldu

19:26 Əhalinin su sayğacları ilə təmin edilməsinə 15 milyon pul ayrıldı

19:23 Əsəd ordusu Afrinə daxil oldu

19:19 AKP-MHP ittifaqı seçkiyə bu adla girəcək

19:14 Tehranda polislə dərvişlərin toqquşdu: 6 ölü

19:10 Kılıçdaroğlu: “Qardaş Azərbaycanın kədəri Türkiyənin kədəridir”

19:06 Əfv Komissiyasının növbəti iclası keçirilib

19:02 İranda böhran dərinləşir

18:57 Azərbaycan - Makedoniya matçının vaxtı və stadionu dəqiqləşib

18:53 STP Tacikistana kabel ixrac edəcək

18:48 Saxta diplomla 8 il həkimlik edən fırıldaqçı tutuldu

18:41 “Cəzalandırmasaq, sabah fəlakətlər qarşısında aciz qalacağıq”

18:36 Azərbaycan XİN Serj Sarkisyanın təbrikini şərh edib

18:34 Vətəndaşın qeydiyyat vəsiqəsi itib

18:31 Azərbaycanda 21 xarici vətəndaş saxlanılıb

18:29 FHN: “Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü”

18:27 Tanınmış rejissorda ağır xəstəlik tapıldı

18:23 İlham Əliyev sərəncam imzaladı

18:19 Sabahın məzənnəsi

18:15 Bayıl sakinlərinə kirayə haqları niyə ödənilmədi?

18:11 SOCAR-ın trest müdiri ittihamlara cavab verdi

18:09 “The Daily Caller”: Azərbaycan Amerikanın mühüm müttəfiqidir

18:05 “Kağıza “ayda 100 min” yazıb qabağıma qoydu, dedi...”

18:02 Bakıda dövlət qurumunun binası yanır

18:00 Avropa Bankı TAP-ın maliyyəsini artıracaq

17:55 ABŞ-a məxsus F-16 qırıcısının havada mühərriki alışıb

17:49 “Oğullarım ikinci ərimi, o da övladlarımı qəbul etmədi”

17:44 Fevral ayının iqlim xarakteristikası açıqlanıb

17:39 “Bayılda sürüşmə prosesi aktiv fazadadır…” – Nazirlik rəsmisi

17:34 Qvardiola baş məşqçiyə hücum etdi

17:29 Türkmənbaşı öz zirehli “Mercedes”lərini satır

17:24 Ziyafət Əsgərov MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini ilə görüşdü

17:20 Rusiya mediası: “FTX “Qazprom”da genişmiqyaslı yoxlama aparır

17:15 Rusiyada azərbaycanlılar çinli turisti qarət etdi

17:10 İş adamı Şirzad Abdullayevə verdiyi 10 milyonu tələb edir

17:05 Dubayda 3D texnologiyası ilə villalar tikiləcək

17:00 Ermənistandan Avropaya şikayətlər artır

16:55 Şəhriyar del Gerani: “Dediyim bütün fikirlərin arxasındayam”

16:50 Moskva polisi məşhur azərbaycanlı bloqeri saxladı

16:44 Göygöldə itkin düşən gənc qadın tapılıb

16:39 Ziya Məmmədov evinin yanması xəbərindən danışdı

16:34 Direktor: “Hər ay şir 400, piton ilanı 20 manatlıq yem yeyir”

16:28 Azərbaycanda seçkiləri izləyəcək MDB müşahidə missiyasının rəhbəri bəlli oldu

16:23 Peterburqda öldürülmüş azərbaycanlının meyiti tapıldı

16:16 Lənkəranskinin qatili bilindi

16:10 Boksçumuz turnirə qələbə ilə başladı

16:03 Putin Suriyadakı qoşun qruplaşmasının komandanını dəyişir

15:58 Livanlı general Tel-Əvivi hədələdi

15:53 Ərdoğan Afrinin mühasirəyə alınacağının anonsunu verdi

15:48 Sosial sığorta üzrə borclu şəxslərin sayı və tənzimlənəcək borcun məbləği açıqlanıb



ƏDƏBİYYAT

...

Şəkil çəkdirmək təsəllisi

Tarix 29.01.18, 10:51

Font ölçüsü : - / +
bitmap-img6

Qəşəm Nəcəfzadə yazır...


Çox qəribə adamlar var. Bir də görürsən ki, iclasın  əvvəlində və ya sonunda başlayırlar böyük adamlarla şəkil çəkdirməyə. Uzun bir növbə yaranır. İllah ki, o böyük adam deputat ola və ya  məşhur müğənni ola, müğənni olsa da, gərək xalq artisti ola. Daha titulsuz adam olmaya.

Odur,  bax indi şəkilçəkdirmələr  başladı. O xanıma bax, istəyir, deputatla  şəkli  tək çəkdirsin, amma yenə yanında  dayanırlar. Heç alınmır bu xanımın işi,  əlacsız qalıb adamlardan xahiş edir ki, mən  deputatla tək  şəkil çəkdirmək istəyirəm, nə olar, bir az kənarda dayanın. Yenə adamlar böyürdən-başdan kadra boylanmaqdan əl çəkmirlər. Bədbəxtlərin çoxu  bilmir  ki, şəkil çəkdirdikləri adam kimdir, adı nədir,  hansı rayonun deputatıdır. Sadəcə küyə düşüblər. Ortada dayanan deputat da, allah köməyi olsun, elə fikirli və qayğılı dayanıb ki, guya zalım oğlu bu saat Qarabağın həlli yollarını düşünür. Hərdən bir o tərəfə, bu tərəfə boylanır və ya saata baxır, guya iş adamıdır, sessiya başlayır, qapıda maşın gözləyir.  

Adamların vətən sevgisi  bu saat  deputatla şəkil çəkdirməkdən ibarətdir. Guya bu da bir işdir, özü də samballı iş.  Məsələn, bayaqdan deputatla tək şəkil çəkdirməyin davasını döyən  o qız bu ay (çünki qəzeti ayda bir dəfə çıxır) həmin şəkli  qəzetinin manşetinə çıxardacaq və qəzetdən də 200 dənəsini aparacaq  deputatın yanına, o da qəzetin  “xərcini” ödəyəcək. Bəs o biri yazıqlar niyə əl-ayağa düşüblər,  səbəbini heç özləri də bilmir. Heç mən də bilmirəm.

Odur, yenə təlatüm başladı.  Adamlar deputatın gah yanında dururlar, gah keçib arxadan boylanırlar. Heç bilmirlər, şəkli çəkən kimdir, hara üçün çəkir və niyə çəkir, sabah şəkli kimdən alacaqlar, heç soruşmurlar da?

Birdən  koridorun o biri başında  sürəkli bir gurultu qopur.  Şəkil çəkdirmək istəyənlər o tərəfə sürətlə yüyürürlər. Sən demə,  başqa bir deputat da  orda imiş. Hamı onunla  əl görüşür, hal-əhval tutur, üzünə gülür, kişi də guya  onları tanıyırmış kimi  azacıq gülümsünür. Yenə  şaqqaşaraq  şəkillər çəkilir, burda da o jurnalist qız yenə  şəkli tək  çəkdirmək istəyir, amma adamlar basa-bas salırlar.

Elə bu zaman deputatın yanında tələbə yoldaşımı görürəm.  Az qala adamların başı üstündən uçam ona tərəf. O  zalım oğlu da elə ciddi dayanıb ki, elə bil, şəkil çəkdirir. Sən demə, o da  deputatla şəkil  çəkdirirmiş, özü tək çəkdirirmiş. Bu dar  macalda  mən özümü ona çatdırıram, zarafat deyil, 30 ildir  görüşmürəm. Fotoqrafın barmaq işarəsi ilə sakit  dayanıram. Elə bu an mənim də yanımda bir şəkil çəkdirmək istəyən  dayanır, onun da yanında başqa biri dayanır.  Sonra başqa birisi də onun yanında. Sən demə, o başqa biri bununla, bu da mənlə, mən tələbə dostumla, tələbə dostum da deputatın özü  ilə, deputat da xalq şairi  ilə şəkil çəkdirmək anında dayanıb. Xalq şairi də  nazirlə  şəkil çəkdirir. Çox maraqlı bir sıra alınır:  Nazir, xalq şairi, deputat, tələbə yoldaşım,  mən, mənimlə şəkil çəkdirmək istəyən tanışım, tanışımın tanışı... Uzun bir siyahı... və heç kəs də fərqndə deyil ki,  bu şəkli  kimdən alacaq? Elə hamı  şəkli çəkdirib gedir.

Sanki  şəkil çəkdirmək çox vacib  bir həyati işdi.  Böyük adamlarla şəklin yoxdursa, daha bu dünyada nə  gəzirsən, daha bu qovluğu niyə qoltuğuna vurursan, niyə bu  qırmızı qalstuku taxırsan?

Şəkil çəkdirənlər ordusu hətta Türkiyəyə gedib  prezident Ərdoğanla da şəkil çəkdirib gəliblər. Sayın Ərdoğan tən ortada dayanıb gülümsünür. Bu adamlar da ətrafında. Şəkilçəkdirmə anında elə dayanıblar ki, elə bil  bu saat  sayın Ərdoğanla  Suriya və Rusiya məsələlərini müzakirə ediblər.

Hara getsəm, harda olsam, mən onları yaxşı tanıyıram. Şəkil çəkdirənlər ordusu  indi daha da təkmilləşiblər. Daha evdən hazır fotoaparatla çıxırlar.  Yolda, küçədə, iclasda, konsertdə, harda olursa-olsun, onlar üçün fərqi yoxdur, bir  məşhur adam gördülərmi, o saat aparatı verirlər küçədə gedənlərin birinə, bir dəqiqəyə  onlara fotoaparatla işləmək qaydasını öyrədirlər  və sonra eninə-uzununa  yekə-yekə  şəkil  çəkdirirlər.

Həm də kədərlənirəm, bəlkə, şəkil çəkdirmək də bir təsəllidir...(kulis)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ƏDƏBİYYAT

design-img

Vernisaj

İki dərmanın satışı qadağan edildi

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

Xaləddin İsgəndərovdan “qardaşoğlu” əməliyatı - Biri qovuldu, digəri...

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru