Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəkidə “Təmiz Şəhər Naminə” Yay Məktəbi başladı


Bu gün Şəki şəhərində 60 gəncin iştirakı ilə “Təmiz Şəhər Naminə” adlı Yay Məktəbinin fəaliyyətinə start verildi


“Sənaye ili”ndə təşkil edilən yay məktəbi çərçivəsində gənclər “Yaşıl İqtisadiyyat” və “Yaşıl Sənaye” mövzusunda təlimlərdə iştirak edəcək və öz layihə ideyalarının təqdimatını edəcəklər.

 Maarifləndirici düşərgə IDEA (Ətraf Mühit Naminə Dialoq) İctimai Birliyi və “Təmiz Şəhər” ASC tərəfindən təşkil olunur. Sayca beşinci olan yay məktəbində hər il onlarla gənc ətraf mühitin qorunması ilə bağlı nəzəri və əyani məlumatlar əldə edib. Bu il iyunda elan olunmuş layihəyə 500-dən çox gənc elektron ərizə ilə müraciət edib və onların arasından ekoloji ideyaları ilə fərqlənən 60-a yaxın şəxs seçilərək məktəbə dəvət edilib. “Təmiz Şəhər Naminə” Yay Məktəbinin iştirakçıları 22-26 iyul tarixlərində yaşıl iqtisadiyyat və biznes planların hazırlanması üzrə təlimlərdə iştirak edəcək, komandalara bölünərək işgüzar oyun formatında öz aralarında ən yaxşı yaşıl biznes ideyanı müəyyən edəcəklər. Uğurlu ideyaların reallaşdırılması üçün imkan yaradılacaq və təşkilatçılar tərəfindən dəstək göstəriləcəkdir.  

  Müasir dövrdə ətraf mühitin qorunmasının vacibliyinə xüsusi diqqət verilən layihənin məqsədi gənc nəsli müsbət və davamlı ekoloji dəyişiklik yaratmağa hazırlamaqdır. Yay məktəbində gənclər birlikdə həm dincəlir, həm ətraf-mühitlə bağlı bilgilənir, həm də öz ideyalarını təklif edirlər. Yay Məktəbi “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar