Şəkidə 53 yaşlı qadını ilan sancıb
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 21:30 radələrində rayonun Qoxmuq kənd sakini, 1965-ci il təvəllüdlü Şəhla Qurbanəli qızı Salamova ilan sancma xəsarəti ilə Şəki Mərkəzi rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan APA-ya bildirilib ki, Şəhla Salamovanı yaşadığı kəndin ərazisində ilan sağ ayağın topuq nahiyəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Şəhla Salamovanın hazırda müayinə və müalicəsi aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.
pia.az