Bakıda qətl törədilib
APA-nın məlumatına görə, hadisə Xəzər rayonu Türkan qəsəbəsində qeydə alınıb. Şəki rayon sakini, 1981-ci il təvəllüdlü Rəşad Aslan oğlu İsgəndərov əmisi oğlu, 1988-ci il təvəllüdlü Pərviz Məzahir oğlu İsgəndərovu bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən R.İsgəndərov tutulub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
pia.az