Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhriyar Məmmədyarov uduzdu

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2018” superturnirinin IV turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayıb


Ağ fiqurlarla mübarizə aparan Teymur Rəcəbov mətbuat konfransında deyib: “Oyun haqqında çox danışa bilmərik. Gedişlər təkrarlandığı üçün heç-heçə qaçılmaz oldu. Əgər gedişlər təkrar olunursa vaxt itirməyə ehtiyac yoxdur. Fikrimcə yarışda əsas mübarizə qarşıdadır”.

“Shamkir Chess-2018” superturnirinin yüksək səviyyədə təşkil olunduğunu bildirən Azərbaycan şahmatçısı bu sayda heç-heçələrin sonluğu daha maraqlı edəcəyini bildirib.

Dünya çempionu Maqnus Karlsen Şəmkirə şəxsi aşpazı ilə gəlib. Jurnalistin “Siz nə vaxtsa yarışa aşpazla yollanmaq barədə düşünürsünüzmü” sualına Teymur Rəcəbov belə cavab verib: “Dünya çempionu titulu tamam başqadır. Çempionluğun öz üstünlükləri var. Əlbəttə, dünya çempionu olan şahmatçı özünə belə imkan yarada bilər. Bu barədə heç vaxt düşünməmişəm. Ehtiyac olmayıb. Hazırda yeməyə ciddi diqqət edirəm. Bir qədər artıq çəkim olduğu üçün kalorisi çox olan qidalardan uzaq oluram. Məsələn, kabab və digər belə qidaları yemirəm. Ümumiyyətlə, qidalanmaya fikir vermək çox vacibdir. Heç gələcəkdə də yarışa aşpazla birgə getmək barədə fikirləşməmişəm”.

Dördüncü turda Şəhriyar Məmmədyarov bolqarıstanlı Veselin Topalovla üz-üzə gəlib və uduzub. Rauf Məmmədov polşalı Radoslav Voytaşeklə, Rusiya idmançısı Sergey Karyakin isə çexiyalı David Navara ilə heç-heçə oynayıb.

Bu dəqiqələrdə hollandiyalı Aniş Giri ilə Çin şahmatçısı Dinq Lirenin oyunu davam edir.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar