Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhidlərin dəfni ilə bağlı dəyişiklik


Nazirlər Kabineti "Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi Qaydaları"nda dəyişiklik edib


PİA.AZ APA-ya istinadən xəbər verir ki, Qaydaya əsasən hərbi ehtiram göstərilən zaman tabut Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtülür.

Cənazə məzara qoyulmamışdan əvvəl Azərbaycan Respublikasının Dövlət bayrağı fəxri qarovulun rəisi tərəfindən götürülür, fəxri qarovul üzvlərinin iştirakı ilə, aypara və səkkizguşəli ulduz təsviri yuxarıda olmaqla, düzbucaqlı üçbucaq şəklində qatlanılır. Dəfn mərasiminin yekununda dəfn komissiyasının rəhbəri, komissiya yaradılmadıqda isə fəxri qarovulun rəisi Azərbaycan Respublikasının Dövlət bayrağını mərhumun ailə üzvlərindən birinə təqdim edir.

Qaydaya əsasən indiyə qədər Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti ali orqanlarının rəhbərləri, ali hərbi rütbələrə malik olan şəxslər, "Azərbaycan Respublikasının Milli Qəhrəmanı" fəxri adı ilə və "Şah İsmayıl" Azərbaycan Respublikasının ali hərbi ordeni ilə təltif olunmuş şəxslər vəfat etdikdə (həlak olduqda), döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən şəxslər həlak olduqda onlara müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada hərbi ehtiram göstərilib.

Dəyişikliyə əsasən artıq tək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən şəxslər həlak olduqda deyil, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər vəfat etdikdə (həlak olduqda) onlara hərbi ehtiram göstəriləcək. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər döyüş əməliyyatlarında iştirak edərkən, hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən, döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən, təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən, vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən, günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən, ezamiyyətdə olarkən, müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən, toplanışlar keçərkən, hərbi xidmət yerinə gedib-gələrkən, əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa), xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə - şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək, vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən və fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən hərbi xidmət vəzifələrinin icrasında sayılırlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar