Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhidin xatırəsini əbədiləşdirməyə nə mane olur... - Satılan kafe, yoxsa ət dükanı?


Bu günlərdə Azinforum.az vətəndaş Bağırov Fikrət Əli oğlunun şikayəti əsasında məqalə təqdim etmişdi


Həmin məqalədə 1992-ci ildə şəhid olan Bağırov Rəşidin adının əbədiləşdirilməsi üçün ayrılan yerdən tamamilə başqa məqsədlər üçün istifadə olunduğundan bəhs edilirdi. 

Şikayətçi bildirirdi ki, şəhid olan Rəşid onun doğma qardaşıdır və onların Məhərrəm adlı digər qardaşı  Xətai rayon İcra Hakimiyyəti tərəfindən şəhidin xatirəsini əbədiləşdirmək üçün  ayrılan yerdə kafe düzəldib. Bağırov Fikrət əlaqədar qurumlardan şəhidin adına bir xatirə lövhəsinin açılmasına şərait yaratmalarını tələb edirdi.

Həmin məqalədə adı çəkilən Bağırov Məhərrəm Əli oğlu Azinforum.az-la əlaqə saxlayaraq qardaşının şikayətindəki məqamların doğru olmadığını bildirib və qarşı tərəf kimi onun da mövqeyini işiqlandırmağımızı xahiş edib. Özünü dövlət qulluqçusu kimi təqdim edən Bağırov Məhərrəm bizimlə söhbətində bildirdi ki, şəhidin adını əbədiləşdirmək üçün ayrılan yer “UPD” qəsəbəsindəki klubla üz-üzə düşür:
“Hazırda həmin yerdə ət dükanı fəaliyyət göstərir. Mənim kafemin isə Fikrətin qeyd etdiyi əraziyə aidiyyəti yoxdur. Kiçik qardaşım olan Fikrətin məqsədi mənim obyektimə şərik çıxmaqdır”.

Məhərrəm Bağırov bizə geniş məzmunlu məktub göndərəcəyinə söz versə də, mövqeyini kiçik bir qeydlə əvəz edib. Onun ünvanladığı məktubu olduğu kimi təqdim edirik:

“Hər kəsi salamlayır və hörmətimi bildirirəm.
Hörmətli redaktor və redaksiya heyətinin üzvləri, virtual qəzetinizin 30 sentyabr 2015-ci il tarixində mənim –Bagırlı Məhərrəm Əli oğlunun  və Xətai rayon İcra Hakimiyyəti barədə qardaşım sayılan Bağırov Fikrət Əli oğlunun şikayət ərizəsini ikrah hissi ilə oxudum. Məlum oldu ki, guya mən şəhid büstü qoyulması üçün ayrılmış yerdə kafe tikmişəm, antisanitar şərait yaratmışam.
Məlumat üçün bildirirəm ki, bu yazı həqiqəti əks etdirmir və real gerçəkliklərə əsaslanan arqumentlərlə sübuta yetirilməli və təkzib edilməli bir yazıdır.

Sizdən xahiş edirəm ərizədə göstərilənlərə əlaqədar araşdırma aparmaqla, şəxsiyyətimə toxunan məqamlara işıq tutasınız.

Sizə hörmətlə, Bağırlı Məhərrəm Əli oğlu”.
Xətai rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, büst xüsusi sərəncam əsasında əsasən də Milli Qəhrəmanlara  qoyulur. Şəhidin xatirəsinin əbədiləşdirilməsinə dair şikayətçidə hər hansı rəsmi sənəd varsa , buyursun bizə təqdim etsin.

Şikayətçi ilə bu barədə maraqlandıq. FikrətBağırov bildirdi ki, bu məsələyə aid bütün müvafiq sənədlər Məhərrəmdədir:
“Ola bilər ki, mən büst və ya xatirə lövhəsi məsələsində səhv edərəm, ancaq yenə də söhbət qardaşımın xatirəsi üçün ayrılan yerin təyinatı üzrə abadlaşdırılmasından gedir. Mənim tələbim budur”.

Aparılan araşdırma nəticəsində müəyyən edib ki,  hazırda barəsində danışılan kafe  ərazisi Məhərrəm Bağırov tərəfindən Məmmədova Günay Fərrux qızına satılıb. Günay xanımın adından alqı-satqıya onun qanuni nümayəndəsi sayılan qardaşı Məmmədov Babək Fərrux oğlu imza atıb. Azinforum.az həmin müqavilənin sürətini də əldə edib.

doc

Biz edilən şikayətlə bağlı maksimum dərəcədə obyektiv araşdırma aparmağa çalışdıq.  Ancaq hələ də cavab tapa bilmədiyimiz bir məqam oldu- niyə kimlərsə şəhid adı ilə manipuliyasiya edib nəsə qazanmaq istəyir?  Onun xatirəsinin əbədiləşdirməsi üçün ayrılan yeri tələb etmək uğrunda isə, biz sona qədər mübarizə aparmaqda maraqlıyıq. Çünki şəhidin tapdanan haqqını bərpa etmək yalnız bir ailənin problemi  sayılmır. Bu istiqamətdə gördüyümüz işlə bağlı heç kim bizə ı irad  bildirə bilməz. Bizə o da bəllidir ki, Azərbaycan dövləti şəhid ailələrinə xüsusi qayğı və ehtiramla yanaşır. Ümidvarıq ki, bu problem də əlaqədar qurumların məsələyə müdaxiləsindən sonra öz müsbət həllini tapmış olacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar