Xəbər xətti

20 YANVAR

11:16 Bakıda mərkəzində yaşayış binasında yanğın söndürülüb

11:11 Ləğv prosesində olan iki banka məxsus 11 avtomobil hərrac yolu ilə satılıb

11:06 Terrorçular Türkiyəyə qarşı çıxmayan dinc sakinlərə atəş açdı - 25 ölü

11:00 Azərbaycan-Rusiya sərhədinin demarkasiyasına dair növbəti görüş keçiriləcək

10:54 Əli Əhmədov: “Qida Təhlükəsizliyi Agentliyi bir neçə aya fəaliyyətə başlayacaq”

10:45 Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb

10:40 “WhatsApp” yazışması zamanı “YouTube” izləmək mümkün oldu

10:35 Ucarda ata və oğlunu bıçaqlayan şəxs tutuldu - Yenilənib

10:29 Qızıl 4 dollara yaxın bahalaşıb

10:24 İstifadəçilərin söhbətlərini dinləyən casus proqramı aşkarlandı

10:20 ABŞ-da hökumətin fəaliyyəti dayanıb

10:15 Türkiyədə avtobus qəzası: 13 ölü, 42 yaralı

10:10 Bakının mərkəzində tarixi yaşayış binası yanır - Yenilənib

10:05 Atəşkəs 132 dəfə pozulub

10:00 Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

0:59 Roma Papası göydə nikah kəsdi - Video

0:47 Antonio Banderas məşhur rəssamın rolunda

0:34 İlin ən innovativ şirkətləri bəlli oldu

0:21 Dino Ndlovu rəsmən Çin klubunda

0:13 NASA və ABŞ nüvə reaktoru hazırlayırlar

0:02 Bu gün bürcünüz nələr vəd edir?

19 YANVAR

23:59 Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törədib - iki yaralı

23:54 Azərbaycan xalqının 20 yanvar imtahanından 28 il keçdi

23:48 Fransa hərbi xərclərini artırdı

23:41 Azərbaycan neftinin son qiyməti

23:35 Sergey Lavrov Rusiya qoşunlarının Afrindən çəkilməsi xəbərini təkzib edib

23:29 Almaniyada 2017-ci ilin ən yaxşı futbolçusu məlum oldu

23:22 Salyanda evdən 3 kilo narkotik aşkarlandı

23:15 Belçikada miqrantlar polisə hücum etdi

23:09 Erməni deputat: “Sarkisyanı devirməyə hazıram”

23:01 Bitkoini bu ölkənin kəşfiyyatı yaradıb - İddia

22:54 Prezidentliyinin ilk ilində Trampın dəstək reytinqi ən minimum səviyyəyə enib

22:47 Bakıdakı qəzada yaralananların kimliyi məlum oldu

22:40 Meksikada güclü zəlzələ

22:33 Bakıda “ölümə gedən piyada” kameraya düşdü - Video

22:25 Musa Musayev saxlanıldı

22:19 Zərdüşt Əlizadənin ittihamlarına sərt reaksiyalar

22:11 Hövsanda zəncirvari yol qəzası baş verib

22:03 Mübariz Mənsimovun daha bir tankeri həbs olundu

21:55 “Qazprom” şirkəti “Türk axını”nın 2-ci xəttinin inşasına icazə alıb

21:48 Neftin bahalaşması qeyri-neft sektorunun inkişafını ləngidə bilərmi?

21:44 Dövlət İdarəçilik Akademiyasında faciənin 28-ci ildönümü qeyd edilib

21:40 İsmayıllıda ev quşları kütləvi şəkildə tələf olur

21:33 Fazil Məmmədovun ətrafında müəmmalı sükut

21:26 Dünya fond birjalarının dəyəri 81 trln. dollara çatıb

21:18 Fazil Məmmədovun tutdurduğu şairin vaxtından əvvəl azad edilməsi istənilir

21:10 “Məsələ namizədliyimin irəli sürülməsi deyil…”

21:02 Avropa İttifaqı Fələstini dövlət kimi tanımaq məsələsini müzakirə etməyəcək

20:56 “Sobesendik” qəzetinin yaradıcısı - azərbaycanlı jurnalist vəfat edib

20:49 Vəkilliyə namizədlərin imtahan vaxtı açıqlanıb

20:41 Türkiyədə ev alan azərbaycanlıların sayı kəskin artıb

20:34 Odessada atışma - Ölən var

20:26 Pele xəstəxanaya yerləşdirildi

20:19 Ermənistanda Rusiya vətəndaşı saxlanılıb

20:11 10 minə yaxın məhkumun cəzası yüngülləşdiriləcək

20:04 Donald Trampın verəcəyi ziyafətin bileti 100 min dollardır

19:57 Politoloq: “Hazırda Sarkisyanın bütün siyasi gedişləri...”

19:50 Beynəlxalq Enerji Agentliyi: ABŞ-da neft istehsalı böyük həcmdə artacaq

19:43 “Yol polisləri məni çox saxlayıb” - Qurban Qurbanov

19:36 “Silahlı Qüvvələr haqqında” qanun qüvvəyə mindi - Fərman

19:29 Bakı metrosunda qatar tuneldə qalıb

19:22 Türkiyə Kubokunda 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb

19:15 Abid Şərfiov: “Kimsə övladımın tərbiyəsizlik etdiyini deyə bilməz”

19:09 Ermənistanın xarici borcu rekord səviyyədə artdı

19:01 “Formula 1”ə görə Azərbaycana gələcək əcnəbilərə şad xəbər

18:54 Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb

18:48 Yerevanda qiymətlərin yüksəlməsinə qarşı etiraz aksiyası keçirilir

18:41 Ağsuda mənşəyi məlum olmayan bir ton ət aşkarlanıb

18:34 Azərbaycana Rusiyadan müasir hərbi texnikalar gətirilib - Video

18:27 Bu gecə Bakının bu yolları bağlı olacaq

18:20 MM üzvləri AŞPA-nın qış sessiyasına qatılmaq üçün Strasburqa səfər edəcək

18:12 Ayaz Mütəllibovun keçmiş mətbuat katibinə hökm oxundu

18:06 Jurnalistlərdən Dilçilik İnstitutuna qarşı sərt mövqe: “Bağlamaq lazımdır”

18:05 “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” müsabiqəsinin qalibləri mükafatlandırıldı

18:00 Azərbaycana bir blokdan artıq siqaret gətirilməsinə qadağa qoyulacaq

17:54 “Barselona”da növbəti müqavilə

17:49 Dilimizin utanc gətirən sözləri

17:43 Binəli Yıldırım Türkiyənin məqsədini açıqladı

17:36 YAP üzvlərinin sayı açıqlanıb

17:34 İcra başçısı 20 Yanvar faciəsi əlilləri və şəhid ailəsi ilə görüşdü

17:30 Baş prokuror Qobustanda vətəndaşları qəbul edib

17:24 Türkiyəli general: “Türkiyə Afrinə təcili hərbi əməliyyat təşkil etməlidir”

17:20 Belçikada miqrantlar polisə hücum etdilər

17:16 “10 dollara almırlar, ancaq 50 dollara satırlar” - Gömrük şefi

17:11 AMEA: Bakıda müşahidə edilən hava yanvar üçün səciyyəvi deyil

17:06 Leyla Şıxlinskayanın klinikasının baş mühasibinin məhkəməsi başladı

17:01 Oğlu Brilliant Dadaşovanı özündən çıxardı: “Tərbiyəsiz...”

16:56 YAP-ın 8 milyon gəliri olub

16:51 Rusiya hərbçilərini Suriyanın Afrin rayonundan çıxarır

16:46 Biznesi başına bəla olan millət vəkili hədəfdə - Təfərrüat

16:41 Cənubi Koreya ötən il 41,71 milyard dollarlıq avtomobil satıb

16:36 “Bu aləmdən uzağam, Rövşənlə bir şəklim də yoxdur”

16:31 Sabah “ASAN xidmət” mərkəzləri işləməyəcək

16:26 Hərbi qulluqçumuz şəhid olub

16:21 20 Yanvar faciəsinin il dönümü qeyd olunub - Nəsimi rayonunda

16:16 21 yaşlı gənc qız üstündə bıçaqlandı

16:11 Qazaxda iki top mərmisi tapıldı

16:06 Azərbaycanlı taksi sürücüsü Oleq Qazmanovun oğlunun pul qabını oğurlayıb qaçdı

16:01 “Bu, mənim öz sirlərimdir” - Xatun

15:56 Türkiyədə məhbuslar vahid xüsusi geyimlə təmin olunacaq

15:51 Qazaxıstandakı dəhşətli avtobus faciəsinin səbəbi açıqlandı

15:46 Alişanla sevgilisinin toy tarixi açıqlandı

15:40 “Apple” “ağıllı” diş fırçası yaratdı

15:36 “Anam mənə inanmırdı” - Niyam

15:31 Pul veriləcək TV-lərin adları açıqlandı

15:25 “Lüğət təsdiq olunduqdan sonra onu heç kim poza bilməz”

15:20 Lənkəranskinin qardaşı bəraət aldı - Fotofakt

15:14 “Lapşinin irəli sürdüyü iddialar cəfəngiyyatdır” - Deputat

15:10 Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının vaxtı açıqlanıb

15:05 AVRO-2024: Türkiyə loqo və şüarı açıqlayıb

15:00 Türkiyənin müdafiə naziri: Afrinə girəcəyik

14:55 Qulyabani: Tam fərqli bir film

14:51 68 milyonu kim ortadan çıxarıb: Ələddin yoxsa, Əmlak Komitəsinin rəhbərliyi?

13:30 ABŞ-ın yeni PKK planının arxasında nələr gizlənir?

13:25 “Kişilər qısqanılmağı xoşlamırlar, mən də qısqanmıram”

13:20 DİN Bakıda banka basqınla bağlı məlumat yaydı

13:15 Azərbaycanın ilk Nahidi öldü

13:11 Məsud Məmmədov saxta veteranlıq sənədi satır - Gədəbəydə

13:07 Bakıda 20 yaşlı qız dəm qazından boğulub

13:03 20 Yanvar günü hava necə olacaq?



CƏMİYYƏT

...

Şəhid zabitin xanımı: “Elvinlə 10 ay evli qaldıq, çox təəssüf ki...”

Tarix 11.01.18, 12:37

Font ölçüsü : - / +
bitmap-img6

Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur...


Modern.az saytı “Aprel şəhidləri”nin həyat yoldaşları, sevdikləri xanımlarla silsilə yazılara davam edir. Budəfəki müsahibimiz “Aprel döyüşləri”ndə şəhid olmuş zabit Elvin Namazovun həyat yoldaşı Nuranə Namazovadır.

Qısa arayış: Elvin Məmməd oğlu Namazov 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 2007-cı ildə Zahid Məmmədov adına Yuxarı Salahlı kənd orta məktəbini bitirən Elvin Namazov 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2012-ci ildə həmin ali məktəbi leytenant rütbəsi ilə bitirən Elvin, 2016-cı ildə baş leytenant rütbəsi alıb. Həmin ilin aprelində cəbhədəki şiddətli döyüşlər zamanı şəhid olub.

Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edildi.

Şəhidin həyat yoldaşı Nuranə Namazova deyir ki, Elvinlə münasibətləri böyük sevgi üzərində qurulub.

“Qismətimizdə yarımçıq sevgi yaşamaq var imiş”



“Elvinlə 2011-ci ildə tanış olduq. Tanışlığımız 3 ilə qədər davam etdi. O zamanlar Elvin kursant idi. Bakıda ali hərbi təhsil alırdı. 

Mən isə ali məktəbə hazırlaşırdım. Kursa gedib-gələndə Elvin məni görmüşdü. Elə o vaxtdan yavaş-yavaş münasibətlərimiz yaranmağa başladı. Sonra ailələrimiz bu sevgidən xəbər tutdu. İlk vaxtlarda ailələrimiz tam razı deyildi. Elvin qazaxlı, mən isə ağdamlı idim. Amma biz Bakıda yaşayırdıq. Ailələr bir-birini tanıyandan sonra bu evliliyə razılıq verdilər. 2014-cü ildə nişanımız oldu və bir müddətdən sonra ailə həyatı qurduq. Bizim tanışlığımız Allahın bir qisməti idi. Biz doğulmazdan qabaq qismətimiz belə yazılıbmış: Vaxt gələcək biz tanış olacağıq, ailə quracağıq və bu sevgi, bu münasibət yarımçıq qalacaq. 

Nişan mərasimində Elvin iştirak edə bilməmişdi. Həmin gün kursda idi. Onu nişanına buraxmamışdılar”.

“Bilsəydim, onu hərb işindən uzaqlaşdırardım”

Nuranə Namazova heç vaxt hərb işinin çətinliyi barədə düşünmədiyini deyir.

“Ümumiyyətlə, hərb sahəsi çox məsuliyyətli işdir. Biz müharibə şəraitində yaşadığımıza görə bu daha çətindir. Atəşkəs tez-tez pozulur. Hər an itirmək qorxusu ilə yaşayırıq. İstənilən hərbçi ailəsi həyəcan içində yaşayır. Daim fikirləşirlər ki, bu gün təlimə, ya da döyüşə göndərdiklərimiz sağ-salamat geri qayıtmaya bilər. Biz nişanlı olanda Elvin Xüsusi Təyinatlı Qüvvələrə daxil olmağa hazırlaşırdı. Bu, onun ən böyük arzusu idi. Hətta, mənə deyirdi ki, “çoxlu dua elə, mən bu kursu keçim. Allah sənin dualarını tez eşidər”. Çox əziyyət çəksə də, arzusuna çatdı. Hər dəfə təlimlərə gedəndə narahat olurdum.

Bir neçə dəfə təlimdən qayıdan zaman ona suallar vermişdim. Elvin isə “mənə işimlə bağlı suallar vermə. Hərbçi heç vaxt işi barədə danışmaz” deyirdi. Düzdür, həmişə mən narahat olmayım deyə, çox da danışmırdı. Heç bilməzdim ki, Elvin işini bu qədər çox sevir. Bilsəydim, onu hərb peşəsindən uzaqlaşdırardım.

2015-ci ildə bir aylıq təlimə getmişdi. Getməzdən qabaq dedi ki, “qardaşım gəlib səni rayona aparsın”. Mən də razı oldum. Elvini təlimə yola salanda səhər vaxtı idi. Qapıdan çıxanda geri döndü və gəlib məni qucaqladı. Hətta pəncərədən baxanda mənə əl də salladı. Bir həftəlik təlim çox ağır keçmişdi. Onun döyüş yoldaşları arasında şəhid olanlar da vardı. 

Rayonda olanda yuxu gördüm. Həmişə deyirdi ki, “mən sənə zəng vurmayana qədər zəng etmə. Özüm əlaqə saxlayacam”. 

Səhəri mənə zəng eləyib əhvalımı soruşdu. Ardınca “bu aralar yuxunu qarışdırmamısan?!” –deyə soruşdu. Mən də yuxuda onu çox yaxşı gördüyümü söylədim. Elvin isə cavabında yuxuların əksinə olduğunu bildirdi. Heç demə, o, ağır döyüş tapşırığını yerinə yetirib qayıdırmış”.

Sonuncu gediş... Sonuncu görüş

Şəhidin xanımı sonuncu görüşlərini ürək ağrısı ilə xatırlayır.

“2016-cı ilin Novruz bayramını Qazaxda keçirmək istəyirdik. Elvinin işlərinə görə alınmadı. Martın 21-də bayramı Bakıda keçirtdik. Martın 27-də Elvinin anası bizə gəldi. Evdə çox yaxşı vəziyyət alınmışdı. Amma Elvin ayın 28-i təlimə gedəcəyini dedi və əşyalarını toplamağımı xahiş etdi. Sonra təlimin alınmadığını söyləyib geri qayıtdı. 

Martın 30-da təlimə getdi və bu, sonuncu gediş oldu. Mənə döyüş barədə heç nə demədi. Martın 30-u və 31-i telefon əlaqəsi saxladıq. Aprelin 1-i günü isə axşam saat 11-də mənimlə sonuncu telefon əlaqəsi yaratdı. Biz hərbi şəhərcikdə qalırdıq. Əlaqə saxladığım hərbçi xanımları vardı. Hər biri həyat yoldaşlarının əlaqə saxladıqlarını söyləyirdi. Aprelin 2-dən başlayaraq Elvinin zəng etməməsinə görə narahat olmağa başladım. Heç kəs döyüş barədə danışmırdı. Hamı deyirdi ki, onlar təlimə gedib. Həmin vaxtlarda evdə tək idim. Elvinin mənə zəng etməməsi qəribə gəlirdi. Axı, o, həmişə məni axtaran olub.

Aprelin 1-də axşam mətbəxdə qabları yuyurdum.Telefonum da yataq otağında idi. Dərhal otağa qaçdım. Zəng edən Elvin idi. 

Səsimdən həyəcanlı olduğumu hiss etdi. “Qorxma. Ayın 3-ü mütləq gələcəm. Əgər alınmasa, uzağı aprelin 5-nə qədər gələcəm. Sən ağlama. Sən ağlasan, mən nigaran qalacam” söylədi. Sonuncu zəngimizdə Elvin çox ümidli idi. “Mən olmasam..” sözünü dilinə gətirmədi. Ancaq qayıdacağını deyirdi”.

“Məni bir neçə gün Elvinin sağ olduğuna inandırdılar”

İnsan sevdiyini həmişə ümidlə gözləyir. Nuranə Elvinin yolunu səbirsizliklə gözlədiyi məqamda şəhid xəbərlərindən qorxmağa başlayıb. Ancaq onu inandırıblar ki, Elvin sağ-salamatdır...

“Aprelin 1-dən sonra hərbi şəhərcikdə hamımız şəhid xəbərlərindən narahat olmağa başladıq. Fikirləşdik ki, cəbhədən 12 şəhid xəbəri gəlibsə, deməli, vəziyyət çox pisdir. Nəsə qızlar müharibə söhbəti eləməyə başlayanda müharibənin ola bilməyəcəyini, təlimə getdiklərini dedim. Mənə heç nədən xəbərimin olmadığını söylədilər. Nə isə, gözlədik. 

Aprelin 3-də narahatlığım artmağa başladı. Arada zəng vursam da, telefonuna zəng çatmırdı. Səhər saat 10-da əmisi oğluna zəng vurub şəhid xəbərlərinin gəldiyini bildirdim. Hər addımbaşı mənə “narahat olma” deyirdilər. Hətta atamgil yanıma gəlmək istəsələr belə, icazə vermədim. Qaynanamgil də telefonlarıma cavab vermirdilər. Sonra qaynatamla əlaqə saxlayanda Elvinin yaralı olduğunu söylədi. Elvinin yaralı olmasına inanmadım. Çünki onun döyüş dostunun xanımı mənə dedi ki, Elvin deyib ki, “Nuranəyə deyin, narahat olmasın, yaxşıyam. Özüm əlaqə saxlayacam”. 

Amma məni aldadırmışlar. Mənim bilməyimi istəmirmişlər. Elvin artıq şəhid olmuşdu. Uzun söhbətdən sonra Elvinin yaralı olduğuna inandım. 

Sonra atam gedib hərbi xəstəxanaya baş çəkdi. Ona orada Elvin adında yaralı hərbçinin olmadığını deyiblər. Mən də bu xəbərə elə sevinirdim ki!... 

Atam mənə zəng edib Elvinin ayağından yüngül yara aldığını və buna görə qorxmamağımı söylədi. Halbuki, atam Elvinin şəhid olduğunu bilirmiş. Məni aldadıb Elvinin Gəncədə hərbi xəstəxanada olması adı ilə Qazaxa gətirdilər. Gəncəyə çatanda gördüm ki, atamın xəstəxanaya girmək fikri yoxdu. Dərhal məni fikrimdən yayındırmaq üçün əmisioğluna zəng elədi. O da Elvinin yanına adam buraxılmadığını söylədi. Bu yolla məni Qazaxa apardılar. Artıq Qazaxa çatanda gözlərimə inanmadım. Darvazadan içəri girəndə qaynanamın qışqıraraq ağladını eşitdim.

Elvin şəhid olarkən 5 gün neytral ərazidə qalmışdı. Onun tabutu evə gətirilənə qədər şəhid olmağına inanmırdım. Çünki Elvin sağ qayıdacağına söz vermişdi. Elə bilirdim ki, o, ölə bilməzdi”.

 “Əllərimlə onun cəsədinə toxundum, soyuq deyildi”

Nuranə Namazova deyir ki, Elvinlə o, valideyn də ola bilmədilər.

“10 ay evli qaldıq. 2 aylıq hamilə idim. Uşaq tələf oldu. Uşağın tələf olması həmin vaxtlara təsadüf etməsə də, uzaq tarixdə də baş verməmişdi. Elvin çox pis olmuşdu. Bir gün özünə gələ bilməmişdi. Elvin şəhid olanda aylarla özümə gəlməmişdim. 

Həkimlərin uzunmüddətli müayinəsindən sonra yavaş-yavaş özümə gəldim. Amma heç vaxt intihar etmək barədə düşünmədim. 

Çünki bunun günah olduğunu bilirəm. Həm intihar etsəm Elvinin yanına getməyəcəm. Heç o da geri qayıtmayacaq. Amma Elvinin ölməsinə hələ də inana bilmirəm. 

Onun tabutunu gətirəndə səhər saat 9-10 arası olardı. Dirəşdim ki, onun tabutu açılmalıdır. Bilsəydim ki, həmin an məni öldürəcəklər, yenə də tabutu mütləq açdıracaqdım. Çünki neçə vaxt idi ki, gözlərim yolda qalmışdı. Elvinin tabutu açılanda məndə qəribə hiss yarandı. Çünki Elvinin üzündə bir təbəssüm vardı. Dodaqları gülürdü. Hələ də içimdə bir şübhə var. Bəlkə də, Elvini yalandan apardılar. Heç onu dəfn də etməyiblər. Eləcə harasa aparıblar. Çünki insan dünyasını dəyişəndə rəngi ağarır. Amma Elvinin rəngində heç bir dəyişiklik yox idi. Öz rəngi idi. Əllərimlə ona toxundum. Amma soyuqluq hiss etmədim. Üstəlik tabut açılanda maraqlı bir qoxu hiss etdim. İndiyə kimi elə bir qoxu hiss etməmişəm. Ona görə də onun ölümünə inanmıram. O, sağdır...”.

Yataq otağından məzarlığa boylanan kədərli gözlər

Nuranə Namazova bircə bu suala cavab vermək istəmirdi. Ağlaya-ağlaya “o, sualı mənə verməyin” dedi. Amma o sualın cavabı da bizi çox yandıracaq. İçimiz qovrulacaq.

“Elvinsiz ata-anasının yanında necə qaldığımı soruşursuz. Düzü, bu suala cavab vermək mənə çox çətindir. Bilirəm ki, nə Elvin var, nə də ondan yadigar bir uşağımız. Amma mən tək onunla yaşadığımız evdə qalıram. Bilirsiz, bir vaxtlar Elvinlə yaşadığımız yataq otağımızın pəncərəsi indi Elvinin məzarına baxır. Hər axşam onun məzarı üzərində dalğalanan 3 rəngli bayrağımıza baxıram, Elvinin məzarına boylanıram. Onu necə tək qoyub gedə bilərəm?! Həm Elvinin ata-anası mənə çox doğma insanlardır. 

Onlar mənə gəlin kimi yox, qızları kimi baxıblar. Heç atam-anam da mənə deməyib ki, “çıx gəl evimizə”. Belə şey ola bilməz. 

Çünki ata-anam bilir ki, Elvinə yaxın olmaq mənə daha rahatdır.

İnsan nə qədər məzarlığa gedər axı! Adi vaxtlar olsaydı, məzarlığa getməyə qorxardım. İndi isə qəbiristanlığa gedəndə elə bilirəm ki, hansısa saraya, imarətə gedirəm. Mənə xoş təsir bağışlayır. Dəfələrlə olub ki, məzarlığa gedəndə ilanlar qarşımıza çıxıb, amma bu da məni qorxutmayıb. Çünki Elvinim orda uyuyur...”.

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


CƏMİYYƏT

design-img

Vernisaj

Neftin bahalaşması qeyri-neft sektorunun inkişafını ləngidə bilərmi?

bitmap-img3

Rakurs

Ağciyər İnstitutunda budama əməliyyatında Oqtay Şirəliyev faktoru: Gənc kadrlar niyə hədəfdədir?

bitmap-img3

Seçmələr

Cabbarov yeni departament yaratdı - Sabiq bankir baş direktor təyin edildi

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru