Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid zabitimiz Cəlilabadda torpağa tapşırıldı


Cəlilabadlı şəhid zabitimiz doğulduğu kənddə torpağa tapşırılıb


Bu gün axşam saat 23:30 radələrində 24 yaşlı leytenant, şəhid Hüseyn Zakir oğlu Əkbərlinin üçrəngli bayrağımıza bükülmüş cənazəsi doğulduğu Cəlilabadın Eçara kəndinə gətirilib. 

Dəfn mərasimində rayon icra hakimiyyətinin, Müdafiə Nazirliyinin rəsmiləri, hüquq-mühafizə orqanları, döyüşçü əsgər və zabit yoldaşları, ictimaiyyətin nümayəndələri və başqaları iştirak ediblər. Üçrəngli bayraq asılmış şəhidin doğulduğu evdə vida mərasimi keçirilib. Sonra cənazə kənd qəbiristanlığına aparılıb. Şəhid zabitin cənazəsi yayılım atəşləri altında doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub. "Report" xəbər verir ki, tabut üzərindəki üçrəngli bayrağımız xatirə olaraq şəhidin ailəsinə təqdim edilib.

Qeyd edək ki, iyulun 29-dan 30-na keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq, Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Düşmən atəşinin qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, 1993-cü il təvəllüdlü, leytenant Hüseyn Zakir oğlu Əkbərli şəhid olub.

Allah rəhmət eləsin!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar